Bu yollarda sürət həddi aşağı salındı

13:13 | 13.04.2015
Bu yollarda sürət həddi aşağı salındı

Bu yollarda sürət həddi aşağı salındı

Bakının bəzi küçə və prospektlərində əlverişsiz hava şəraiti ilə əlaqədar sürət həddi aşağı salınıb.

Nəqliyyat Nazirliyi "Azəryolservis” ASC-nin Mətbuat Katibliyinin rəisi Pünhan Mürsəliyev "APA-Economics”ə verdiyi açıqlamada bildirib ki, hava şəraiti nəzərə alınaraq Böyükşor - Hava limanı - Bilgəh, Zığ dairəsi - Hava Limanı avtomobil yollarında təhlükəsizliyin təmin edilməsi məqsədilə hər zolaq üzrə sürət həddi 20 km/saat aşağı salınıb. Sözügedən yollarda sürət həddi müvafiq olaraq, 120 km/saatdan 100-ə, 100 km/saatdan 80-ə, 80 km/saatdan 60-a endirilib.

Qurum rəsmisi hava şəraiti dəyişən kimi sürət həddinin də yenidən əvvəlki vəziyyətə qaytarılacağını bildirib.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb