Bura avtobuslar işləməyəcək - Video

10:19 | 19.05.2015
Bura avtobuslar işləməyəcək - Video

Bura avtobuslar işləməyəcək - Video

Artıq "Koroğlu” metro stansiyası yaxınlığında hərəkət edən sərnişin avtobuslarının istiqaməti dəyişdiriləcək. Yalnız həmin avtobuslar "Neftçilər” və "Qara Qarayev” metro stansiyası yaxınlığından hərəkət edə biləcək.

Paytaxtda keçiriləcək Avropa Oyunları zamanı baş verə biləcək tıxacların qarşısını almaq üçün Bakı Olimpiya Stadionun yaxınlığında sərnişin avtobusları fəaliyyət göstərməyəcək.

Metronun "Koroğlu” stansiyasının yaxınlığnda quraşdırılan dayanacaqlar yalnız ekspress avtobusların sərnişinləri üçün nəzərədə tutulub.

Bakı və onun ətraf qəsəbələrindən gələn marşutlar burda dayanmayacaq. Bununla da sıxlığın nisbətən aradan qaldırılmasının mümükün olacağını deyən nəqliyyat nazirliyinin rəsmisi Namiq Həsənov onu da əlavə etdi ki, Ziya Bünyadov və Heydər Əliyev prospektlərində sərnişin avtobusları işləməyəcək:

""Qara Qarayev” və "Neftçilər” metro stansiyası ətrafına təklif olunan alternativ yollarla gedənlərin nəzərinə çatdırıram ki, bu iki maşrut üzrə, yəni Heydər Əliyev və Ziya Bünyadov prospektləri ilə hərəkət edənlər düşünməsinlər ki, onlar Bakı kəndlərindən gəlib öz iş yerlərinə gedə bilməyəcəklər. Əksinə bəzilərin yolu hətta qısalır, bəzilərin isə ola bilsin ki, yolu uzansın”.

Qeyd edək ki, metronun "Koroğlu” stansiyası istiqamətinə hərəkət edən avtobuslara alternativ yollardan istifadə edilməsi tövsiyyə olunacaq.
 
 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb