Bura Vətəndir - bura Suraxanıdır - FOTOREPORTAJ

09:30 | 15.05.2015
Bura Vətəndir - bura Suraxanıdır - FOTOREPORTAJ

Bura Vətəndir - bura Suraxanıdır - FOTOREPORTAJ

Bura Vətəndir
Gülüm bitəndir
Əlim çatandır
Ünüm yetəndir
Bura Vətəndir.

Bəli, bura gözəl Azərbaycanımızın bir parçası, Bakının on addımlığında yerləşən qədim Suraxanı qəsəbəsidir. O qəsəbə ki, təxminən 28 gün sonra başlayacaq I Avropa Oyunlarının məşəli buradan alovlanıb vətənimizin digər bölgələrinə yol aldı. 

Məqsədim buraya gəlib qədim tarixə malik "Atəşgah” məbədindən fotoreportaj hazırlamaq idi. Bilmək istəyirdim ki, möhtəşəm məşəl mərasimindən sonra məbəd xarici qonaqların, turistlərin, elə yerli əhalinin nə dərəcədə marağını cəlb edib? Gələn-gedən, tarixi abidə ilə tanış olmaq istəyən varmı? 

Biletimi aldım, içəri keçdim. Fotoları çəkməyə başlayanda nəzarətçi olduğunu deyən bir şəxs bunun qadağan olunduğunu bildirdi. Əlavə etdi ki, məbəddə təmir işləri hələ tam yekunlaşmadığına görə hər cür çəkiliş qadağandır. Daha sonra nəzarətçi mayın 15-də gəlməyimi məsləhət gördü, dedi ki, həmin gün açılış olacaq və bütün KİV dəvətlidir.

Məbəddən uzaqlaşarkən diqqətimi Suraxanının neft gölməçələri, cürbəcür borular içində itmiş-batmış  küçələr, köhnə-kasad evlər və çiynimdəki fotoaparatı görüb sevinən, şəkil çəkdirmək üçün müxtəlif pozlar verən uşaqlar cəlb etdi. Neft qoxulu yollarda, narın yaz yağışından sonra küçələrdə meydana gəlmiş gölməçələrdə oynaşan, velosipedlərini belədən-beləyə sürən, uşaqlığın qayğısız dənizində üzən balacaların xətrinə dəyməz istəmədim, fotolarını çəkdim. 

Amma kameranın obyektivi onlara tuşlansa da, bir qədər aralıda milyonlarla manat pul xərclənib Gülüstan yaradılan məkanla gördüyüm mənzərənin fərqinə çox varmalı olmuşdum... Əgər o milyonların 10 faizi bu uşaqların payına düşsə idi, hansı mənzərə ilə qarşılaşardım?! 

Fərqanə Novruzova
Fotolar müəllifindir




































































www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb