Bütün məntəqələrdə seçki baş tutub - MSK

09:00 | 02.11.2015
Bütün məntəqələrdə seçki baş tutub - MSK

Bütün məntəqələrdə seçki baş tutub - MSK

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov noyabrın 1-də Milli Məclisə keçirilmiş seçkilərin ilkin nəticələrinə dair mətbuat konfransı keçirib.

ANN.Az "Secki-2015.az"-a istinadən xəbər verir ki, Məzahir Pənahov Milli Məclisə keçirilən seçkilərin 5547 məntəqənin hər birində vaxtında – saat 8.00 başlandığını, 19.00-da isə başa çatdığını bildirib. MSK sədri deyib: "Ölkə üzrə ümumi seçici fəallığı 55,7 faizdir.Yəni 5 milyon 198 min 658 seçicinin 2 milyon 897 min 188-i seçkidə iştirak edib. Bu isə ötən parlament seçkilərindən təxminən 6 faizə qədər çoxdur. Deyə bilərik ki, bütün məntəqələrdə səsvermə baş tutdu”.

Bildirilib ki, istənilən şəxs veb-kameralar vasitəsi ilə arası kəsilmədən görüntülər əldə etmək imkanı qazanıb. Nəticədə MSK-ya heç bir şikayət daxil olmayıb. Qaynar xəttimizə təxminən 150-yə yaxın sorğu xarakterli müraciət daxil olub. Sonrada daxil olacaq müraciətlərə isə Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq baxılacaq.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb