Böyük 7-lik Rusiyaya qarşı - Qərar

11:57 | 26.04.2014
Böyük 7-lik Rusiyaya qarşı - Qərar

Böyük 7-lik Rusiyaya qarşı - Qərar

Böyük 7-lik ölkələrinin liderləri tez bir zamanda Rusiyaya əlavə sanksiyaların tətbiqinə dair razılıq əldə ediblər. 
AzNews.az BBC-yə istinadən xəbər verir ki, ABŞ prezidentinin Administrasiyasından verilən məlumata görə, aprelin 28-dən başlayaraq, Rusiyaya qarşı yeni maliyyə sanksiyaları qüvvəyə minə bilər. Böyük 7-lik üzvlərinin mövqeyinin açıqlandığı bəyanatda bildirilib ki, Ukrayna hakimiyyətinin ölkənin şərq hissəsində baş verənlərə göstərdiyi dözümə görə rəsmi Kiyev təqdir olunur. Bunun qarşılığında Rusiyanın Cenevrədə imzalanan sazişə əməl etməməsi isə təəssüf doğurur. 
Bu arada Almaniyanın federal kansleri Anqela Merkel isə açıqlamasında deyib ki, rəsmi Moskva Ukraynanın şərq vilayətlərində stabilliyi pozan rusiyameyilli qüvvələrin separat fəaliyyətlərinin qarşısının alınması üçün lazımı təsir nümayiş etdirmir. Ukrayna dövləti isə Donetks və Luqansk vilayətlərində inzibati hökumət və dövlət binalarını ələ keçirənlərin Rusiya xüsusi xidmət orqanlarının əməkdaşlarının olduğuna dair açıqlama verib. 
Qeyd edək ki, böyük 7-liyə ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, Kanada və Yaponiya daxildir.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb