Böyük kəşf: bu batareya 400 il işləyəcək

08:53 | 18.09.2016
Böyük kəşf: bu batareya 400 il işləyəcək

Böyük kəşf: bu batareya 400 il işləyəcək

Kaliforniya Universitetində uzun müddət işləyən akkumulyator hazırlanıb.
 
Axar.az xəbər verir ki, nanobatareya təsadüfən yaradılıb və 200 min dəfə enerji ilə doldurula bilər.
 
Sözügedən nanobatareya universitetin aspirantı tərəfindən hazırlanıb. O, xüsusi naqillər dəstini manqan dioksidə yerləşdirdikdən sonra pleksiqlasa oxşar elektrolit geli əlavə edib. Xeyli enerjidoldurmadan sonra nanonaqillər zədələnməyib.
 
Adi noutbukun akkumulyatoru bir neçə yüz dəfə enerjidoldurmaya hesablandığı halda, yeni batareya təxminən 400 il işləyəcək.
 
Hələ ki, nanobatareya üzərində iş aparılır və kommersiya məhsulunun buraxılışı yaxın gələcəkdə əlçatan olacaq.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb