Öcalan və bütün PKK-çılara əfv gəlir?

22:55 | 24.04.2014
Öcalan və bütün PKK-çılara əfv gəlir?

Öcalan və bütün PKK-çılara əfv gəlir?

Abdullah Öcalanın Avropaya BDP və PKK-nın gənclik və qadın təşkilatlarının da aralarında olduğu qurumlara 7 məktub yazdığı, məktublarda silah buraxma mövzusunda bazarlıq etmək üçün tam səlahiyyət istədiyi iddia edilir.
 
“Axar.az” xəbər verir ki, “Yeni Çağ” qəzetinin Ankara nümayəndəsi Əhməd Takanın etibarlı mənbələrə istinadən dediyinə görə, Öcalanı da həbsdən qurtaracaq olan bir "ümumi əfv" fərmanı gəlir.
 
Bu əfv ilə dağdakı PKK-çılar silahı buraxıb şəhərə enəcək, 5 il cinayət törətməsə, haqqında olan cinayət işi bağlanacaq. Eyni şərtlər lider heyəti üçün də etibarlıdır.
 
Takanın iddiasına görə, Öcalanı da əhatə edəcək ümumi əfvin səbəbləri rahatca hazırlanıb.
 
Lider heyəti isə digərlərindən ayrı tutulacaq. Hətta PKK liderlərinin Ərbilə ya da Norveç, Almaniya kimi ölkələrə getmələrinə də icazə veriləcək. 5 illik müddət onlar üçün də etibarlı olacaq. Yeni lider heyəti də 5 illik müddət ərzində hər hansı bir cinayət törətməsə Türkiyəyə dönə biləcək.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb