CAR-da teatrda tamaşaçılara atəş açdılar

11:00 | 28.08.2017
CAR-da teatrda tamaşaçılara atəş açdılar

CAR-da teatrda tamaşaçılara atəş açdılar

CAR-ın paytaxtı Yohannesburqda bir nəfər teatrın səhnəsindən tamaşaçılara atəş açıb.

anews.az Report-a istinadən xəbər verir ki, insident "Hillbrow Theatre" teatrında musiqi qrupunun çıxışı zamanı baş verib.

Naməlum şəxs səhnəyə çıxaraq qrup iştirakçısının mikrofonunu əlindən alıb və mobil telefonu ona qaytarılmayınca, konsertin davam etməyəcəyini bildirib. Bundan sonra o, atəş açmağa başlayıb.

İlkin məlumatlara görə, hadisə nəticəsində bir nəfər həlak olub, yeddi nəfər xəsarət alıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM