Cavanşir Quliyev Mikayıl Müşfiqə həsr etdiyi oratoriya üzərində işi bitirib

11:20 | 15.06.2020
Cavanşir Quliyev Mikayıl Müşfiqə həsr etdiyi oratoriya üzərində işi bitirib

Cavanşir Quliyev Mikayıl Müşfiqə həsr etdiyi oratoriya üzərində işi bitirib

Azərbaycanın faciəli şairi Mükayıl Müşfiqin həyat və yaradıcılığından bəhs edən əsər yazılıb.


Qaynarinfo xəbər verir ki, bu barədə bəstəkar, Əməkdar incəsənət xadimi Cavanşir Quliyev məlumat verib. Bəstəkar bildirib ki, "Müşfiq ağıları” adlı əsər bütün bütün haqları pozulan insanlara ithaf edilib:

"Nəhayət bitirdim. İllərlə içimdə bəsləyib yetişdirdiyim hər şeyə rəğmən inadla yazmaq istədiyim "Müşfiq  ağıları” oratoriyasını bitirdim. Əsər Müşfiqin acı taleyindən bəhs edir.  Onun faciəsi cəmiyyətə dərs olmadı. İndi də insanlar ədalətsizliyə susur, kənardan baxırlar. Əsər bütün haqları pozulanlara həsr olunub”.

Qeyd edək ki, liberettonun müəllifi Sabir Rüstəmxanlıdır. Əsər bir saat səslənir və 13 hissədən ibarətdir. 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb