Cəbhədə erməni əsgəri həlak oldu

09:00 | 27.06.2015
Cəbhədə erməni əsgəri həlak oldu

Cəbhədə erməni əsgəri həlak oldu

İyunun 26-da Ermənistanın Naxçıvanla sərhədində saat 18:30 radələrində erməni hərbçisi, müqavilə əsasında xidmət edən 1987-ci il təvəllüdlü Arman Maisoviç Yepremyan həlak olub.

Oxu.Az news.am-a istinadən xəbər verir ki, bu barədə Facebook-da şəxsi səhifəsində erməni Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovannisyan yazıb.

Erməni tərəfi iddia edir ki, Yepremyan Azərbaycan tərəfdən açılan atəş nəticəsində məhv edilib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM