Cəbhədəki toqquşmalardan sonra Ağdamda şagirdlər dərsə getmir

12:04 | 26.04.2016
Cəbhədəki toqquşmalardan sonra Ağdamda şagirdlər dərsə getmir

Cəbhədəki toqquşmalardan sonra Ağdamda şagirdlər dərsə getmir

"Bu gecə cəbhə xəttində baş verən atışma Ağdam rayonun 48 məktəbində dərslərin pozulmasına səbəb olub”. Bu sözləri Modern.az-a açıqlamasında Ağdam Rayon Təhsil Şöbəsinin müdiri Mətanət Misirxanova deyib.

O qeyd edib ki, rayonda tədris mühiti 98 faiz pozulub. "Sərhəd zonasına yaxın 28 məktəb var ki, orada şagirldərin dərsə davamiyyəti demək olar ki, sıfırdır. Elə məktəblərimiz var ki, orada 5 şagird dərsə gəlib.  

Tərtər Rayon Təhsil Şöbəsinin rəhbəri Surxay Mirzəyev isə bildirib ki, gecə baş verən atışma bu gün şagirldərin dərsə davamiyyətinə təsir etməyib.

"Bu gün Təttər rayonunda şagirdlərin dərsə davamiyyəti normaldır. Sadəcə axşam atışma zamanı camaat yolun qırağına çıxmışdı, atışma bitdikdən sonra evlərinə qayıdıblar.

Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, aprelin 26-sı saat 01.05-dən başlayaraq saat 04.25-dək erməni silahlı bölmələri tərəfindən Tərtər şəhəri və rayonun ərazisi, eləcə də Qapanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan, həmçinin 122 millimetrlik D-30 haubitsalarından və DM-21 yayılım atəşli reaktiv sistemlərdən atəşə tutulub.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb