Cəlladlarına aşıq olan məşhurlar - FOTOLAR

17:00 | 16.10.2014
Cəlladlarına aşıq olan məşhurlar - FOTOLAR

Cəlladlarına aşıq olan məşhurlar - FOTOLAR

1. Uitni Hyuston

Dünyaca məşhur estrada ulduzu elə özü qədər də məşhur olan əri Bobbi Braun tərəfindən dəfələrlə şiddətə məruz qalıb. Hətta bir dəfə üst dodağının parçalanması və sifətinin pis hala düşməsi səbəbilə Uitni ərini polisə də verib. Alkaqol düşkünü olan Bobbi Braun əvvəllər bu səbəbdən həbs həyatı da yaşayıb.Tanınmış müğənni Uitni Hyuston 2012-ci ildə, 48 yaşında vəfat edib.

2. Rihanna2009-cu ildə Grammy mükafatının təqdimetmə mərasimi öncəsi keçmiş nişanlısı Kris Braun Rihannanı döyərək pis günə salıb.Müğənni nişanlısından şikayətçi olmasa da, məhkəmə Kris Brauna 6 ay həbs cəzası verib və Rihannaya 50 metrə qədər məsafədə yaxınlaşmağı qadağan edib.

3. Perihan Savaş

Türk aktrisası Perihan Savaş illər öncə sevgilisi İbrahim Tatlısəsdən kötək yeyib və doktordan bununla bağlı rəy alıb. Dalaşmanın səbəbi Tatlısəsin Dərya Tuna ilə bərabər olması imiş. Tatlısəs və Savaş balaca qızları Mələk Zübeydənin varlığına rəğmən o vaxt ayrılmaq qərarını vermişdilər.

4. Madonna

1985-ci ildə Madonna həmin zamanlar ciddi alkol xəstəsi olan, eyni zamanda tanınmış aktyor, Oskar qalibi Şon Penn ilə evlənmişdi. Pennin həm fiziki, həm də psixoloji təzyiqlərinə dözməyən Madonna 2 il sonra ondan ayrılmaq qərarına gəlir.

5. Belgin Sarılmışer (Bergen)Arabesk müğənnisi kimi Türkiyədə məşhur olan bu qadının isə başına gəlməyən qalmayıb. 1982-ci ildə əri Halis Serbest onun sifətinə kislota (nitrat turşusu) atması səbəbilə hər iki gözü tutulmuşdu. Amma sonradan bir neçə cərrahi əməliyyatın nəticəsi olaraq gözünün birinin görmə qabiliyyətini bərpa etmək mümkün olmuşdu. İkinci dəfə 1983-cü ildə əri ona 6 bıçaq zərbəsi ilə ağır yaralamışdı. Bergen bundan şikayətçi olmasa da, məhkəmə Halis Serbestə 6 il həbs cəzası vermişdi.Azadlığa çıxandan sonra həyat yoldaşı ilə barışan müğənni sənətini ataraq ev xanımı olmağa qərar verir. Amma birgə yaşadıqları 6-7 ayda Halis Serbest onu döyür və fiziki işgəncələr verir. Bundan sonra ondan birdəfəlik ayrılmaq qərarı verən Bergen 1989-cu ildə elə səhnədəcə 6 güllə ilə öldürülür. Ona güllələri vuran qısqanc keçmiş həyat yoldaşı Halis Serbest olmuşdu.

6. Şarliz TeronCənubu afrikalı ulduzun atası alkaqol xəstəsi olduğuna görə ağır uşaqlıq illəri keçirib. Bir axşam evə sərxoş gələn ata öz arvadını döyməyə, ağır şəkildə təhqir etməyə başlayır. Buna dözməyən qadın ərini öldürür. Özünü və qızını qoruduğuna görə aktrisanın anası Gerda bu cinayətə görə cəza almır.

7. Asenaİbrahim Tatlisəslə birgə olduğu müddətdə daim şiddət gördüyünü deyən Asena televiziya proqramında bunu dilə gətirib. O, ən əvvəl Tatlısəsdən psixoloji zərbə aldığını, daha sonra isə fiziki işgəncələrə məruz qaldığını bildirib.

8. Tina TurnerSon dərəcə kobud xarakterə malik Ayk Turner Tinanın qazandığı pulları həm spirtli içkilərə, həm də narkotikə xərcləməsinə baxmayaraq, üstəlik evdə tanınmış müğənniyə fiziki işgəncə də verirmiş.

9. Dəniz AkkayaBu qadın da həyatda sevdiyi adamdan fiziki işgəncə görən tanınmış qadınlardandır. Bu işgəncələrin nəticəsində eşitmə qabiliyyətini itirən maniken keçmiş sevgilisini məhkəməyə də vermişdi. Hazırladı NurayANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb