• $
  • €
  • ₽
  • ₺
  • £

“Skype”, “Facebook”, “WhatsApp” Azərbaycanı tərk edə bilər

“Skype”, “Facebook”, “WhatsApp” Azərbaycanı tərk edə bilər
11.08.2015 12:59
Azərbaycanda internet üzərində nəzarət gücləndirilir. Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov jurnalistlərə açıqlamasında bildirib ki, rabitə xidmətləri göstərən "Skype”, "Facebook” , "WhatsApp” lisenziyalaşdırılmalıdır.

"Azərbaycanda fəaliyyət göstərən rabitə xidmətlərinin bir neçəsi lisenziyalaşdırılmış xidmətlərdir. Hesab edirik ki, bu rabitə xidmətlərini göstərən "Skype”, "Facebook”, "WhatsApp” da lisenziyalaşdırılmalıdır. Lisenziyalaşdırma istifadəçilər üçün heç bir problem yaratmayacaq. Ancaq tənzimləyici orqanlarla həmin şirkətlər arasında müqavilələr imzalanacaq”.

Nazirin bu açıqlaması cəmiyyətdə birmənalı qarşılanmayıb.

Narahatlığa səbəb isə lisenziyalaşdırma nəticəsinədə internetə girişdə bəzi məhdudiyətlərin yaranaması ehtimalıdır. Həmçinin vergi məsələsinin gündəmə gəlməsi rabitə xidmətləri göstərən "Skype”, "Facebook”, "WhatsApp” Azərbaycanda öz fəaliyyətini yenidə gözdən keçirməsi ilə nəticələnə bilər.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün ANS PRESS-ə bildirdiyinə görə, nazirin əslində nə demək istədiyi məlum deyil və dünyada sosial medianın lisenziyalaşdırılması anlayışı yoxdur.

"Sosial medianın lisenziyalaşdırılması anlayışı Azərbaycan qanunvericiliyində yoxdur. Qanunvericilikdə lisenziyalaşdırılan rabitə xidmətlərinin adları var ki, nazirin sadaladıqları xidmətlərin adı orada yoxdur. Əgər beynəlxalq rabitə əlaqəsinin lisenziyalaşdırılmasından söhbət gedirsə, bu artıq lisenziyalaşdırılıb. Düşünürəm ki, İnternet üzərindən olan hansısa fəaliyyətin lisenziyalaşdırılması qeyri-dəqiq yanaşmadır”.

Onun sözlərinə görə, Rusiya, Türkiyə, Belarusda İnternetə qarşı qadağaları var ki, bu zaman tam başqa addımlardan istifadə edilir. Xüsusilə, Rusiyada fərdi informasiyaların qorunması, uşaqların qorunması pərdəsi altında İnternetə qarşı müxtəlif məhdudlaşdırıcı addımlar atılır:

"Mobil operatorlarında bəzi "Skype”, "Facebook”, "WhatsApp”la eynidir. Ona görədə cür resursların məhdudlaşdırılması mobil operatorlara sərf edəcək. Çünki gündəlik həyatımızda artıq internet üzərində zənglər geniş yayılmaqdadır. Bu isə mobil operatorların külli miqdarda gəlir itirməsi deməkdir”.

Osman Gündüz bildirib ki, bu fikir hansısa dairələrin iqtisadi maraqları baxımından da irəli sürülə bilər.

"Sosial medianın imkanları, zəng funksiyalarının genişlənməsi ciddi narahatçılıq yaradıb. Sosial media telefon və mobil danışıq xidmətləri üçün ciddi rəqibə çevrilib. Amma bütün hallarda düşünürəm ki, informasiya mübadiləsi üçün qanunsuz süni əngəllər yaratmaq yolverilməzdir. Nazirlik və ya kommersiya qurumları xidmətlərini, tariflərini əlçatan, ucuz və keyfiyyətli etsinlər”.

Rabitə və Yüksək Texnologiyalar nazirinin müşaviri Müşviq Əmirov ANS PRESS-ə açıqlamasında bildirib ki, nazirlik sosial şəbəkələrin işini məhdudlaşdırmaq istəməmir, sadəcə onların fəaliyyətinin nizama salmasını qaydaya salmağa hazırlaşırıq.

"Sadəcə, bu şirkətlərlə biz danışıqlar aparmaq və Azərbaycanda onların fəaliyyətini müzakirə etmək niyyətindəyik. Bu sənəd nazirlik tərəfindən hazırlanib və tezliklə Milli Məclisə göndəriləcək”.

Nazirlik rəsmisi bildirib ki, bu şirkətlər Azərbaycan bazarında çoxlu pul qazanır, buna görə də vergi qoyma məsələlərini onlarla müzakirə etmək lazımdır.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirir ki, lisenziyalaşdırmanın və vergi qoymanın tətbiqi "Skype”, "Facebook”, "WhatsApp” fəaliyyətinə mənfi təsir göstərə bilər.

"Onların lisenziyalaşdırılması və vergi qoyma məsələsinin gündəmə gətirilməsi həmin şirkətlərin Azərbaycanda fəaliyyətlərinə yenidən baxmaları ilə nəticələnə bilər. Ümumilikdə Azərbaycan bazarı qlobal rabitə xidməti göstərən "Skype”, "Facebook”, "WhatsApp” üçün balacadır”,- deyə Osman Gündüz bildirib.

Müştərilər həmişə ucuz qiymət axtarışındadırlar. Son vaxtlar isə insanlar daha sərfəli xidmət təklif edən "Skype”, "Facebook”, "WhatsApp” vasitəsi ilə bir-biri ilə əlaqə saxlamağa başlayıblar. Ümid edirik ki, lisenziyalaşdırılması onsuz da baha olan mobil tariflərə təsir etməyəcək və müştərilərin məmnunluğuna xidmət edəcək.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol