• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda “avtoş” polis YPX əməkdaşını vurdu

Bakıda “avtoş” polis YPX əməkdaşını vurdu
24.08.2015 11:16
Bakıda yol polisi əməkdaşı xidmət apararkən faciə ilə üzləşib.

ANN.Az AzNews.az-a istinadən xəbər verir ki, 99 YP 455 nömrəli avtomobildə xidmət aparan Samir Dənziyev adlı yol polisi polisdən qaçan "Mercedes” markalı avtomobil tərəfindən vurulub.

Ağır yaralanan yol polisi təcili olaraq Musa Nağıyev adına Kliniki Tibbi Mərkəzə çatdırılıb. Onun vəziyyəti ağır olaraq qalır.

Məlum olub ki, polisi vuran sürücü 99 YP 446 nömrəli avtomobildə xidmət aparan polislərin "saxla” əmrinə tabe olmayib. Buna görə də polislər onu Heydər Əliyev prospekti ilə təqib etməyə başlayıb.

Köməyə gələn 99 YP 455 yol polisi avtomobili Bakıxanov qəsəbəsi ("Akkord”un binalarının yaxınlığı) ərazisində tabesizlik göstərən və avtoxuliqanlıq hərəkətləri edən sürücünü saxlamaq istəyib. Bunuçün S.Dənziyev avtomobildən düşərək sürətlə hərəkət edən "Mercedes”in qarşısına keçib və bu zaman hadisə baş verib.

Təqib olunan sürücü saxlanılandan sonra məlum olub ki, o da polis əməkdaşıdır və ölkədə fəaliyyət göstərən diplomatik korpusların birində xidmət aparır.
www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol