• $
  • €
  • ₽
  • ₺
  • £

DİN yol polisinə işçi axtarır

DİN yol polisinə işçi axtarır
25.08.2015 17:40
Ramil Usubov yol polisi olmaq istəyən şəxslərlə görüşəcək.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov tərəfindən Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının və Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin yol-patrul xidməti inspektoru vəzifələrində xidmətə qəbulla bağlı keçiriləcək sıra baxışında iştirak etmək istəyən şəxslər 2015-ci il sentyabr ayının 1-də saat 9.00-da şəxsiyyət vəsiqələri ilə birlikdə Bakı şəhəri Nobel prospekti 69 ünvanında yerləşən Çevik Polis Alayına gəlməlidirlər. Sıra baxışında yalnız Bakı şəhərində yaşayış yeri üzrə daimi qeydiyyatda olan və yaşayan, aşağıdakı şərtlərə cavab verən şəxslər:

""Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnaməyə uyğun olaraq yaşı 20 ilə 30 arasında, boyu 175 santimetr və daha yüksək, idman cüssəli, həqiqi hərbi xidmət keçmiş, özü və yaxın qohumları məhkum olunmamış, avtomobil nəqliyyatına aid ali və ya orta-ixtisas təhsilli, kompüterlə işləmək bacarığı, sürücülük vəsiqəsi, avtomobili 5 il müddətində idarə etməsini təsdiqləyən müvafiq sənədi olan, yaxud sürücü kimi 3 il əmək stajına malik Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər.

Müsabiqəyə Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayı və Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi üzrə 35 vakant yol-patrul xidməti inspektoru vəzifəsi elan edilir. Həmin vəzifələrdə əmək funksiyalarının spesifikliyini, yüksək fiziki və psixoloji gərginliklə bağlı olması, eləcə də xidmətin növbəli, bir çox hallarda əsas iş vaxtından əlavə müddətdə aparılacağı baxımından müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi, fiziki hazırlıq səviyyəsi, yol hərəkəti qaydaları üzrə nəzəri bilikləri və sürücülük vərdişləri müəyyən olunmuş qaydada yoxlanılacaqdır. Xarici dil bilən, dövlət təhsil müəssisələrində ali təhsil almış və emosional dayanıqlı namizədlərə üstünlük veriləcək.
www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol