• $
  • €
  • ₽
  • ₺
  • £

Rauf Mirqədirovun həbs müddəti uzadıldı

Rauf Mirqədirovun həbs müddəti uzadıldı
04.09.2015 14:44
Bu gün Nəsimi Rayon Məhkəməsində jurnalist Rauf Mirqədirovun həbs müddətinin uzadılması ilə bağlı məhkəmə prosesi davam etdirilib.

Vəkil Elmar Süleymanov APA-ya bildirib ki, onların işə baxan hakim Şəlalə Həsənovaya verdikləri etiraz təmin olunub: "Rauf Mirqədirovla bağlı işə bundan əvvəl də Şəlalə Həsənova baxdığı üçün ötən gün keçirilən iclasda biz hakimə etiraz verdik. Həmin etiraz təmin olundu və işə hakim Azər Paşayevin sədrliyi ilə baxıldı”.

E. Süleymanov məhkəmənin R. Mirqədirovun barəsində seçilmiş həbs -qətimkan tədbirinin müddətinin noyabrın 16-dək uzadılması barədə qərar qəbul etdiyini bildirib.
 
Qeyd edək ki, R. Mirqədirov ötən il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur. Ötən il aprelin 19-da saxlanılan R. Mirqədirov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bundan sonra R. Mirqədirov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti bir neçə dəfə uzadılıb.  R. Mirqədirov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti sonuncu dəfə bu il mayın 6-da Nəsimi Rayon Məhkəməsi tərəfindən 4 ay uzadılıb.

 
www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol