• $
  • €
  • ₽
  • ₺
  • £

Deputatın keçmiş müavini azadlıqdan məhrum edildi

Deputatın keçmiş müavini azadlıqdan məhrum edildi
29.05.2020 10:47
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz satışında və istifadəsində təqsirləndirilən Azərbaycan vətəndaşları Əlirza Amanbəyli, Bəhram Əliyev və Türkiyə vətəndaşı Adil Yavuz Ferin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 "Report"un məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər son söz deyiblər. 

F.Adil özünü qismən təqsirli bilib: 

"Bu ittihamlarla razı deyiləm. Üzərimdə külli miqdarda narkotik olmayıb. Özüm istifadə etmək üçün almışdım. Satmaq niyyətim yox idi. Günahkaram”.

Daha sonra hakimlər müşavirə otağına yollanıblar.

Müşavirədən qayıdan məhkəmə heyəti hökmü oxuyub. Məhkəmənin hökmü ilə Fer Adil Yavuz 5 il, Əlirza Amanbəyli 3 il, Bəhram Əliyev isə 1 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Türkiyə vətəndaşı Adil Yavuz Ziya oğlu Ferin Sumqayıt şəhərində yaşadığı mənzildən 1 kiloqram 19 qram marixuana və elektron tərəzi aşkar edilərək götürülüb.

Qeyd edək ki, həbs edilənlərdən Əlirza Amanbəyli 2006-ci ildən 2011-ci ilin sentyabr ayına qədər Dünya Azərbaycanlıları Konqresinin (DAK) mətbuat xidmətinin və www.dak.az saytının rəhbəri olub, 2011-ci ilin oktyabr ayında Milli Dirçəliş Hərəkatı Partiyasının (sədri deputat Fərəc Quliyevdir) sədr müavini və Güney Azərbaycan departamentinin sədri təyin edilib.

Əlirza Amanbəylinin Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya və Avropa mətbuatında Güney Azərbaycan türklərinin milli hüquq və azadlıqları mövzularında müsahibə və məqalələri çap olunub.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol