• $
  • €
  • ₽
  • ₺
  • £

Mirşahin Ağayev: “Bu qərara görə də MTRŞ-nı məhkəməyə verəcəyik”

Mirşahin Ağayev: “Bu qərara görə də MTRŞ-nı məhkəməyə verəcəyik”
06.10.2015 00:54
"Milli Televiziya və Radio Şurası (MTRŞ) tənzimləyici qurumdur. Bu qurumun verdiyi qərarla razı ola da bilərik, olmaya da bilərik. Təbii ki, razı olmayacağımız təqdirdə bizim araşdırmaq üçün yolumuz məhkəməyə müraciət etmək yoludur”.

Bunu APA-ya açıqlamasında ANS-in baş direktoru Mirşahin Ağayev deyib.
 
O bildirib ki, MTRŞ-nın bu gün keçirdiyi növbəti toplantıda iştirak edib.


M. Ağayev əlavə edib ki, MTŞR-nın bu gün qəbul etdiyi qərarda da onların razılaşmadığı bır sıra məsələlər var: "Elə buna görə də məhkəməyə müraciət edəcəyik”.
 
Baş direktor qeyd edib ki, ötən həftə MTRŞ-nın qərarı ilə 1 ay müddətinə qapadılan "Sən tək deyilsən” və "Xoşqədəmlə axtarıram səni” verilişlərinə görə məhkəməyə müraciət etmək üçün sənədlər hazırlanıb.
 
Qeyd edək ki, bu gün MTRŞ ANS-i 54 min manat məbləğində cərimələyib, "Salam, Azərbaycan” verilişi 10 gün müddətinə, ötən həftə isə ANS televiziyasının efirində yayımlanan "Sən tək deyilsən” və "Xoşqədəmlə axtarıram səni” proqramları 1 ay müddətində bağlanılıb.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol