• $
  • €
  • ₽
  • ₺
  • £

MTRŞ: "ANS odla oynayır"

MTRŞ: "ANS odla oynayır"
14.10.2015 16:20
"Erməniləri tərifləyən, indi isə ANS-i dəstəkləyən o rus incəsənət adamları bəlkə ANS ÇM-də erməni mahnılarının səsləndirilməsini eşidib, cuşa gəliblər?". 

"Report" xəbər verir ki, bunu Milli Televiziya və Radio Yayımları Şurasının şöbə müdiri Təvəkkül Dadaşov deyib. 

O qeyd edib ki, Anspress.com saytında ANS televiziyasına Rusiyadan bir qrup incəsənət adamının "dəstək verməsi" ilə bağlı informasiyalar yer alıb: "Əlbəttə ki, bunun təşkil olunmuş iş olduğu aydın məsələdir. Amma bu cür işləri görənlər yəqin ki, odla oynadıqlarının fərqindədir. Əvvəla ona görə ki, bir ölkənin daxili işlərinə xaricdən istənilən səviyyədə müdaxilə yolverilməzdir. Azərbaycanda bu işə qol qoyan bir çoxlarının aqibəti də bəllidir. Digər tərəfdən, xaricdən dəstək verənlərin kimliyi də vacib məsələdir. Həmin altı nəfər rus incəsənət nümayəndələri arasında Anna Şatilovanın, Vladimir Maşkovun, Emmanuil Vitorqanın adları da yer alıb".

T.Dadaşov bildirib ki, əslində incəsənət adamları sərbəst insanlar olur: "Bu aydındır. Amma məlumdur ki, bizim torpaqlarımızın 20%-i Ermənistan tərəfindən işğal olunub. Ermənistana isti münasibət sərgiləyən istənilən şəxsə qarşı yerli ictimaiyyətdə təbii olaraq müəyyən qıcıq var. Məhz buna görə də biz azərbaycanlılar bu nöqtədə həssas davranmalıyıq. Hələ-hələ "döyüş alnımıza yazılıb" şüarı ilə efirə çıxan ANS. Sözümün canı ondadır ki, ANS-ə Rusiyadan dəstək verən o altı nəfərdən Anna Şatilovanın "youtube"da "Razqovor s armyanskim aksentom" erməni kanalında erməniləri, erməni konyakını o ki var tərifləyən videosu yayılıb, nəticədə ona baxan istənilən azərbaycanlıda belə bir insanın Azərbaycanda baş verənlərə xoş niyyətdən yanaşdığına şübhə yaradır".

Şöbə müdirinin sözlərinə görə, məktuba imza atan Vladimir Maşkovla bağlı erməni saytları geniş yazılar yayıb: "Ermənilər onun Spitak zəlzələsi ilə bağlı filmdə baş rollardan birini oynayacağı haqda yazırlar. Babalı öz boyunlarına. Emmanuil Vitorqan isə "youtube"da yer alan videoda Moskva erməni teatrının yubileyi ilə bağlı çıxış edir və əlbəttə ki, ermənilər, erməni teatrı barədə müsbət fikirlər səsləndirir. Düzdür, demək olmaz ki, bu adları çəkilən rus incəsənət xadimləri bizim düşmənimizdir. Amma istər-istəməz Azərbaycan ictimaiyyəti bu cür halları xoş qarşılamır. Buna görə də həmin rus incəsənət xadimlərinin kimisə dəstəkləməsi üzərində qurulan şounun tərs üzünün ola biləcəyini də nəzərə almaq lazımdır".

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Cəmiyyət 15:14
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol