• $
  • €
  • ₽
  • ₺
  • £

MTRŞ: Efirdə ciddi narahatlıq doğuran hallar azalmaq üzrədir

MTRŞ: Efirdə ciddi narahatlıq doğuran hallar azalmaq üzrədir
23.10.2015 15:11
"Verilişlərdə, bəzən seriallarda narahatlıq doğuran qeyri-etik ifadələr, qeyri-etik məzmunlu söhbətlər, səhnəciklər aradan qaldırılıb”. Bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.
 
MTRŞ rəsmisi bildirib ki, əvvəlki dövrlə müqayisədə ciddi narahatlıq doğuran hallar getdikcə azalmaq üzrədir: "Xırda-para nöqsanlar olur. O nöqsanlarla da bağlı yayımçılara şifahi şəkildə xəbərdarlıq edilir. Yayımçılar nöqsanların olduğu verilişlərin əsasən prodakşnlar tərəfindən hazırlanmasını əsas gətirirlər. Artıq yayımçılara prodakşnlara tövsiyələr vermək tapşırılıb ki, efir üçün hazırlanan materiallarda nöqsanlara yol verilməsin”.
 
Şöbə müdiri qeyd edib ki, monitorinqlər əvvəlki tempdə davam etdirilir: "Biz konkret verilişlə bağlı yox, ümumiyyətlə efirin tənzimlənməsi ilə bağlı işləri davam etdiririk”.
 
T. Dadaşov onu da qeyd edib ki, reklamla bağlı qanunvericiliyin tələblərinin pozulması halları da azalıb: "Müəyyən yayımçıların efirində reklamla bağlı nöqsanlar var. Onlar da qısa müddət ərzində bu nöqsanları aradan qaldıracaqlarına söz veriblər. Əvvəllər yayımçıların efirində sponsorların reklamı ilə bağlı çox ciddi nöqsanlar olurdu. Qanunvericiliyin tələbinə görə  bir verilişdə sponsorun reklamı 2 dəqiqədən artıq gedə bilməz. Artıq yayımçılar qanunvericiliyin tələblərinə riayət etməyə başlayıblar”.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol