• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlik Xəzərdə suitilərin ölüm səbəblərini araşdırır

Nazirlik Xəzərdə suitilərin ölüm səbəblərini araşdırır
23.10.2015 20:31
Xəzər dənizinin Azərbaycana aid hissəsinin şimal sahillərində suitilərin ölümü hallarına rast gəlinməsinə dair Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) daxil olmuş məlumatın araşdırılması məqsədilə Nazirliyin aidiyyəti qurumlarının mütəxəssisləri dərhal suiti ölümünün qeydə alındığı ərazilərdə müşahidələrə başlayıb.
 

Bu barədə nazirlikdən Oxu.Az-a bildirilib.

"Hələlik Xəzər suitilərinin dəqiq ölüm səbəbi bilinmir. Bildirilib ki, heyvanların cəsədlərindən götürülmüş nümunələr ümumi analiz olunması üçün müvafiq laboratoriyaya göndərilib” - deyə, nazirlikdən qeyd edilib.
 
Qeyd edək ki, dünyada mövcud olan pərayaqlıların ən xırda növü hesab edilən endemik Xəzər suitilərinin son illərdə sayının azalması barədə bir sıra tədqiqatçılar tərəfindən fikirlər səslənsə də, aparılan mütəmadi araşdırmalar göstərir ki, bu azalma Xəzər suitilərinin nəslinin tam olaraq, kəsilməsi kimi təhlükədən xəbər vermir. Baxmayaraq ki, hələ 2001-2002-ci illərdə Xəzərin şimal sahillərində suitilərin kütləvi ölümü qeydə alınmışdı.

Həmin illərdə aparılan tədqiqatların nəticələrinə görə Xəzər suitilərinin ölümünə səbəb onların orqanizmində immuniteti zəiflədən "it taunu” adlanan virus xəstəliyinə yoluxması olub. Bu yoluxma kütləvi epidemiyaya səbəb olub və immun sistemi zəifləmiş heyvanların asanlıqla xəstəliyə tutulub ölməsi ilə nəticələnib.

Bununla Xəzərdə dəniz məməlilərinin bir müddət kəskin azalması qeydə alınsa da, artıq bir neçə ildir, sabit populyasiya prosesinin getməsi suitilərin kəskin azalma faktını istisna edir.
 
Fəsil dəyişmələri ilə müşayiət olunan miqrasiya proseslərinin izlənilməsi və illik elmi-praktiki müşahidələrin nəticələrinə görə, antropogen və təbii təsirlərdən nisbi azalma qeydə alınsa da, suitilərin Xəzərdə, o cümlədən də dənizin Azərbaycan hissəsində fəsillərarası hərəkətinə tez-tez rast gəlinir.

Mütəxəssislər hesab edir ki, Xəzər dənizinin Azərbaycan hissəsinə aid şimal sahillərində suitilərin görünməsi buna sübutdur. Digər tərəfdən, bu günlərdə Abşeron yarımadasının Buzovna və Mərdəkan sahilyanı zonasında bir neçə suiti cəsədinin tapılması, bir tərəfdən populyasiyanın bərpasından xəbər verməklə yanaşı, eyni zamanda yenə də suitilərin təhlükədə qalmasının göstəricisi sayıla bilər.
www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol