• $
  • €
  • ₽
  • ₺
  • £

Müəllimlərin yeni problemi - nazirlik tədbirlər görməyə başladı

Müəllimlərin yeni problemi - nazirlik tədbirlər görməyə başladı
27.10.2015 13:19
Bu ilin sonunadək Azərbaycanın daha 12 şəhər və rayonunda - Gəncə, Sumqayıt, Şirvan, Abşeron, Hacıqabul, İmişli, Masallı, Xaçmaz, Cəlilabad, Saatlı, Qubadlı və Sabirabadda dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin keçirilməsi adları qeyd edilən bu rayon və şəhərlərdə işləyən bəzi müəllimlər üçün narahatlıqların yaranmasına səbəb olub.

Trend-in məlumatına görə, müəllimlərin əsas narahatlığı diaqnostik qiymətləndirmənin Bakıda olduğu kimi "kağız” üzərində deyil, elektron yolla aparılmasıdır. Hesab edilir ki, rayonlarda yaşayan muəllimlərin böyük hissəsi, xüsusilə yaşlı müəllimlər kompüter bacarıqlarına malik olmadığından, diaqnostik qiymətləndirmənin elektron proqram təminatı vasitəsilə aparılması onlar üçün böyük çətinliklər yaradacaq. Bu məsələ isə sonda onların imtahan nəticələrinə mənfi təsir göstərəcək.

Qeyd edək ki, 2016-cı ilin yanvarından adları çəkilən rayon və şəhərlərdə diaqnostik qiymətləndirmədən keçən müəllimlərin əmək haqlarının artırılması planlaşdırılır. Artım zamanı müəllimlərin diaqnostik qiymətləndirmədə göstərdikləri nəticələr nəzərə alınacaq.

Təhsil Nazirliyindən isə Trend-ə bildirilib ki, müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin keçirilməsi ilə əlaqədar artıq həmin rayon və şəhərlərin yerli təhsil idarəetmə orqanlarının nümayəndələri ilə görüşlər keçirilib. Bu zaman qeyd edilən problemlərin mövcud olmadığı, yalnız müəllimlərin kiçik bir qismində bu kimi çətinliyin yaşana bilmə ehtimalının olması üzə çıxıb.

Nazirlikdən bildirilib ki, bu kimi çətinliyin yaranmaması və ya aradan qaldırılması üçün təhsil naziri Mikayıl Cabbarovun 07.10.2015-ci il tarixli, 994 nömrəli əmri ilə noyabr-dekabr aylarında müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin keçirilməsi nəzərdə tutulan rayonlarda kompüterlərdən, xüsusilə imtahanlarda istifadə ediləcək proqramdan istifadəyə dair təlimlərin keçirilməsinə başlanılıb.

Azərbaycan Respublikası Təhsil Şurasının sədri Əjdər Ağayev isə Trend-ə açıqlamasında bildirib ki, indiyədək Təhsil Nazirliyi və müəyyən qeyri-hökumət təşkilatları, o cümlədən "Mədəd” təşkilatı tərəfindən müəllimlərin İKT bacarıqlarına yiyələnməsi üzrə layihələr həyata keçirilib: "Artıq bir necə min müəllim bu təlimlərdə iştirak edərək sertifikat alıb. Ancaq müşahidələrimiz göstərir ki, İKT bacarıqlarına yiyələnmə kursları səthi keçirilib. İKT üzrə müəyyən qədər bacarığı olan, bu sahəyə həvəsi olan müəllimlər bu bacarıqlara yaxşı yiyələniblər. Bəzi müəllimlər "mən də sertifikat alım” prinsipi ilə bu kurslarda iştirak ediblər, bacarıqlara isə yiyələnməyiblər. Məktəb direktorlarının da əksəriyyəti bu kurslarda iştirak edərək sertifikat alıb, amma İKT bacarıqlarına yiyələnməyib”.

Mütəxəssis bu fikirdədir ki, bu gün hansısa müəllimin İKT bacarıqlarına yiyələnməməsi yalnız onun öz günahı hesab oluna bilər.

Eskpert hesab edir ki, indiki zamanda kompüterdən, internetdən istifadə edə bilməyən müəllim olmamalıdır. Bunu bacarmayan müəllimlər isə qısa müddət ərzində - diaqnostik qiymətləndirmə başlayanadək həmin bacarıqlara sahib olmağa çalışmalıdırlar.
www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Cəmiyyət 10:54
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Cəmiyyət 10:36
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol