• $
  • €
  • ₽
  • ₺
  • £

Məktəblərdə valideyn komitələri ləğv ediləcək

Məktəblərdə valideyn komitələri ləğv ediləcək
29.05.2020 08:46
Rəsmi olmasa da, bu gün məktəblərdə valideyn komitələri adlı qurumlar var. Həmin qurumlar uşaqların təhsil almasına diqqət etməkdənsə, sinifdəki şagirdlərdən hər hansı bayram şənliyinin təşkili, xüsusi günlərdə müəllimlərə hədiyyələr alınması, bu və ya digər məqsədlər üçün pul yığılmasını təşkil edirlər. Valideynlər isə "valideyn komitəsi-müəllim qruplaşma”sından hər mənada əziyyət çəkirlər.

Bu məqamda Təhsil Nazirliyinin qadağasını xatırlatmaq yerinə düşür: "Siniflərdə müəllim-valideyn arasında əlaqə yaratmaq üçün valideyn komitələri olmasın”. 

Olmamasını hər bir valideyn də istəyir, amma...

Amma gəl ki, özünü müəllimin yanında "şirin” göstərmək istəyən bəzi üzlü valideynlər bu peşələrindən əl çəkmirlər.

O da məlumdur ki, bu "peşə” sahiblərinin övladları bir çox hallarda bayram tədbirlərində önə çəkilir, sinif nümayəndəsi seçilir, qiymətləri yuxarı yazılır, digər uşaqlar hər hansı tələb üçün beş verəndə, o, bir verir...

Bu mənada, xüsusilə bayram ərəfələrində valideyn komitəsinin sədrinin "canfəşanlığı” adamın necə deyərlər, "ürəyini açır”.

Pul yığılan ərəfədə bəziləri, "Nə məcburdur, yoxdur, vermə” deyir. Amma valideyn olan kəs 20-25 nəfərlik bir ortamda övladınını boynubükük qalmasına razı ola bilmir...

Cibinin son qəpiyini belə, verir...

Bu harasıdır? Siz son 20 manatını zərfin içərisinə qoyub orta məktəb müəllimini təbrik edən valideynin dərdinə baxın. Müəllim zərfin içərisinə baxır, məbləğ onu qane etmədiyindən elə valideyn komitəsinin əli də geri qaytarır:

"İl boyu əziyyət çəkirəm, 20 manat nədir ki?! 30 manatdan bir qəpik də aşağı qəbul etmirəm, o biri valideynlərə də belə deyin, işlərini bilsinlər”.

Valideyn komitəsinin sədri isə haqsız olduğunu bilə-bilə müəllimi haqlı çıxarmağa çalışır.

Biz valideyn komitələrininin neqativlərinin kiçicik bir hissəsinə toxunduq. Bu qurumlar başdan-ayağa gərəksiz işlərlə məşğul olan bekar adamlar yığnağıdır.  Deyəsən bu məsələ Təhsil Nazirliyini də ciddi narahat edir.

Nazirlikdən Modern.az saytına verilən məlumata görə, gələn ildən etibarən valideyn komitələrinə əl gəzdiriləcək, neqativ işlərlə məşğul olan qurumlar ləğv ediləcək.

Bizə gözləmək qalır...

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Bu yolayrıcında işıqfor quraşdırılıb
Cəmiyyət 10:27
Bu yolayrıcında işıqfor quraşdırılıb
Sərhəd naryadına silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib
Cəmiyyət 10:23
Sərhəd naryadına silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol