• $
  • €
  • ₽
  • ₺
  • £

AMEA-nın müxbir üzvü vəfat etdi

AMEA-nın müxbir üzvü vəfat etdi
16.11.2015 09:48
 Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü vəfat edib.
 
"Report" xəbər verir ki, görkəmli alim, geologiya-mineralogiya üzrə elmlər doktoru, professor, Prezidentin fərdi təqaüdçüsü, İkinci Dünya müharibəsi veteranı Fərhad Əhmədbəyli dünyasını dəyişib.

Xatırladaq ki, Fərhad Soltan oğlu Əhmədbəyli 1923-cü il fevralın 12-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak edib. 1950-ci ildə Azərbaycan Sənaye İnstitutunun (indiki ADNA) geoloji-kəşfiyyat fakültəsini bitirib.

F.S.Əhmədbəyli 1954-ci ildə geologiya-mineralogiya elmləri namizədi, 1964-cü ildə geologiya-mineralogiya elmləri doktoru elmi dərəcələrini, 1972-ci ildə isə professor elmi adını alıb. 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilib.

Alim əmək fəaliyyətinə AMEA-nın Geologiya İnstitutunda başlayaraq böyük laborant, elmi işçi, baş elmi işçi, laboratoriya və şöbə rəhbəri vəzifələrində çalışıb.

Professor regional geologiya, geotektonika və neotektonika sahələrində tanınmış alim idi. Azərbaycanda ilk dəfə olaraq neotektonika üzrə kompleks elmi tədqiqatların başlanması onun adı ilə bağlıdır. O, Azərbaycanın iri struktur elementlərini öyrənib, müasir tektonik prosesləri və neotektonik hərəkətlərin neft-qazlılıq və seysmikliklə qarşılıqlı əlaqələri problemlərini tədqiq edib. Onun redaksiyası və işləyib hazırladığı üsul üzrə "Azərbaycanın neotektonik xəritəsi" tərtib edilərək dərc olunub(1991-ci il). "Xəzər dənizi və onun haşiyəsinin beynəlxalq tektonik xəritəsi", "Azərbaycanın seysmik rayonlaşdırma xəritəsi”nin, "Azərbaycan Respublikasının Milli Atlas”na daxil edilmiş geoloji və neotektonik xəritələrin, bir sıra digər geoloji təyinatlı xəritə və atlasların tərtibatçılarından biridir. Son illərdə onun elmi fəaliyyətinin əsas istiqamətini Yer qabığının yerüstü və dərinlik geoloji-tektonik quruluşu və geodinamik təkamülünün müasir modellərinin işlənib hazırlanması, müasir tektono-geodinamik, seysmik və ekzogen proseslər arasında korrelyativ asılılıqların müəyyən edilməsi təşkil edib.

Fərhad Əhmədbəyli 145 elmi əsərin, o cümlədən 12 xəritə və atlasın, 5 monoqrafiyanın müəllifidir.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol