• $
  • €
  • ₽
  • ₺
  • £

"Nardaran hadisələri Azərbaycana heç yaraşmırdı"

"Nardaran hadisələri Azərbaycana heç yaraşmırdı"
02.12.2015 16:49
"Nardaran qəsəbəsində baş verən hadisələr hamını, o cümlədən din xadimlərini narahat edir".

Bunu "Report"a müsahibəsində Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin müavini, Bakı İslam Universitetinin rektoru, Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində yaradılmış "Heydər" Məscidi Kompleksi İdarəsinin sədri Sabir Həsənli bildirib.

O, belə hadisələrin baş verməsindən təəssüfləndiyini bildirib: "1990-cı illərin əvvəllərində qarışıqlıq yaşanmasına baxmayaraq, bu gün Azərbaycan ən sabit ölkələrdən biridir. Nardaranda baş verən hadisələr Azərbaycana heç yaraşmırdı".

S.Həsənli Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) xüsusi bir bəyanat çıxış edərək Naradaran hadisələrini pislədiyini xatırladıb, hər iki tərəfdən ölənlərin olmasından təəssüfləndiyini bildirib.

QMİ sədrinin müavini bu gün İmam Hüseynə həsr olunmuş mərasimlərdən sui-istifadə edən xarici qüvvələrin olmasından təəssüfləndiyini bildirib: "Bu gün İmam Hüseynə həsr olunmuş mərasimlərdən sui-istifadə edən xarici qüvvələr var. Mən ölkə adı çəkmək istəmirəm. Yeni ittifaq, yeni sazişlər, yeni gizli və aşkar müqavilələr, imzalar və s. bu gün Azərbaycan üçün böyük təhlükəyə xəbərdarlıqdır. Ona görə də Azərbaycan xalqı birləşməli və özünü itərməməlidir. İnşallah belə də olacaq. Azərbaycan çox çətinliklərdən keçib. Bu gün Azərbaycan rəhbərliyi bu məsələlərdə çox qəti göstərişlər verib. Dövlətə uğurlar arzulayıram. Həqiqətən artılq Azərbaycan hakimiyyəti sınanmış hakimiyyətdir. Bu gün onun alternativi haqqında düşünmək Azərbaycan xalqına böyük xəyanətdir. İŞID-ın tərkibində vuruşan azərbaycanlıların bəzən "Ey Azərbaycan, ey Bakı, eşit, biz gələcəyik" kimi bəyanatları səslənir. Gəlin, həbsxanalar sizi gözləyir. Siz milləti təmsil edə bilməzsiniz. Suriyada oturub Azərbaycan haqqında fikir yürütməyə haqqınız yoxdur. Cəsarətiniz vardısa, gedib sözünüzü Dağlıq Qarabağda deyərdiniz".

Professor dünyada baş verən iğtişaşlara toxunub, həmçinin Türkiyədə baş verən hadisələri daim izlədiyini bildirib: "Biz Türkiyədə baş verən hadisələri daim izləmişik. Xeyli müddətdir ki, Türkiyədə bugünkü hakimiyyəti istəməyən müxalif qüvvələr və bundan da daha çox başqa dövlətlərin kəşfiyyat orqanlarının təsiri altında hərəkət edən ayrı-ayrı etnik qruplar ölkənin bütün şəhərlərində polis idarələrinə hücumlar edir və dağıntılar törədirlər. Biz bütün bunları ürək ağrısı ilə izləyirdik. Bir neçə il öncə Liviya, Misir, Tunisdə, İraqda hadisələr baş verdi. İraqda bu hadisələrin tarixi artıq 12-13 ilə keçir. Bu qədər illərdir ki, orada hər gün ölüm var. Bir növ, yiyəsizliyin ucbatından xarici qüvvələr İraqda İraq xalqına qarşı böyük zülümlər törədir".
www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol