• $
  • €
  • ₽
  • ₺
  • £

Taleh Bağırovun müavini həbs edildi

Taleh Bağırovun müavini həbs edildi
04.12.2015 17:48
Ona Cinayət Məcəlləsinin iki maddəsi ilə cinayət işi açılıb

"Müsəlman Birliyi Hərəkatı” adlı təşkilat sədrinin müavini, inzibati həbs cəzası almış Elçin Qasımov barəsində həbs qətimkan tədbiri seçilib. "Report”un xəbərinə görə, onun barəsində Cinayət Məcəlləsinin 221.2.2 (Xuliqanlıq, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) və 315.1 (Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə) maddələrilə cinayət işi başlanılıb.
Sabunçu Rayon Məhkəməsinin qərarı ilə E.Qasımov barəsində üç aylıq həbs qətimkan tədbiri seçilib. E.Qasımovun müdafiəçiləri məhkəmə qərarından apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

Qeyd edək ki, "Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatın sədri Taleh Bağırovdur. O, noyabrın 26-da Nardaran qəsəbəsində polisin keçirdiyi əməliyyat zamanı tərəfdarları ilə birlikdə saxlanılıb. E.Qasımov noyabrın 5-də saxlanılıb. O, İnzibati Xətalar Məcəlləsinin 310-cu (polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddəsini pozmaqda günahlandırılıb və 30 gün müddətinə inzibati həbs cəzası alıb.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol