• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərişıq”dan Nardaranla bağlı açıqlama

“Azərişıq”dan Nardaranla bağlı açıqlama
04.12.2015 21:00
Tanrıverdi Mustafayev ANS-ə eksklüziv müsahibə verib.

Havanın soyuq olması Nardaranda qazın və işığa görə borcun olması səbəbindən kəsilməsi insnaların həyatında problem yaradıb.

"Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev eksklüziv olaraq ANS-ə bildirib ki, Nardaran qəsəbəsində əhalinin enerji təminatını bərpa etmək üçün addımlar atılıb. 

Nardaran qəsəbəsində olan 67 trasformatordan 7-sini qidalandırmaq üşün hazır vəziyyətə gətirilib. Sabah səhərdən başlayaraq, xüsusi qərargaha gəlib "Azərişıq”la yeni müqavilə bağlayan və bununla SMS tipli sayğacların quraşdırılmasına razılıq verən hər bir sakinin evinin elektrik enerjisi bərpa ediləcək.

Azərişıq rəsmisi deyib ki, artıq 300 evə sayğac quraşdırılıb: "Təbii ki, əhali sayğaclara yüklədikləri vəsait qədər işıq ala biləcək. Amma bundan əvvəl işığı kəsilən hər bir sakin bundan əvvəlki borcunu da rəsmi olaraq tanımalıdır"

Qəsəbə sakinlərinin bundan əvvəlki külli miqdarda olan borclarına gəlincə, "Azərişıq”dan bildiriblər ki, bu məsələ hələ tam həll olunmamış qalır. Tərəflər arasında razılıq əldə olunacağı təqdirdə, həmin borcların, həcmə görə ödəniş qrafikinə salınaraq hissə-hissə, uzun müddətə ödəniləcəyi istisna edilmir.

Noyabrın 27-də Nardaranda elektrik enerjisinin verilişi dayandırılıb.

Qəsəbədə elektrik enerjisinin verilişi dayandırılması məlum son hadisələrə heç bir aidiyyatı yoxdur. Qurum rəsmisi bildirib ki, noyabrın 20-də "Azərişıq” ASC-nin fəaliyəti dövründə debütor borcu yaranmış abonentlərin elektrik enerjisinin dayandırılacağı barədə xəbərdarlıq edilmişdi.

"Biz bir neçə gün əvvəl bütün borclu abonentlərə xəbərdarlıq etmişdik. Bir daha qeyd edirik ki, respublikada borcu olan bütün abonentlərə elektrik enerjisinin verilişi dayandırılacaq”.

Tanrıverdi Mustafayev onu da qeyd etmişdi ki, abonentlər borclarını ödədikdən sonra elektrik enerjisinin verilişi bərpa ediləcək.

"Azərişıq” ASC noyabrın 20-də xəbərdarlıq etmişdi ki, debütor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı 23 noyabr 2015-ci il tarixində, saat 12:00-dan etibarən müvafiq qanunvericliyə uyğun qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq.

Elektrik enerjisindən istifadə ilə bağlı yaranmış borca görə enerji təchizatı dayandırılmış abonentlərin "Borc Ödənilmədən Şəbəkəyə Özbaşına Qoşulma”sı elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından, belə hallara yol vermiş şəxslərin Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun "Azərişıq” ASC tərəfindən ciddi tədbirlər görüləcək.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol