• $
  • €
  • ₽
  • ₺
  • £

Qazaxıstan itkin düşən neftçiləri axtarır

Qazaxıstan itkin düşən neftçiləri axtarır
29.05.2020 04:50
Qazaxıstan gəmiləri Azərbaycanda neft platformasındakı yanğından sonra Xəzər dənizində zərərçəkənlərin aşkar edilməsi zamanı yardım etmək üçün müşahidəni gücləndiriblər.

Oxu.Az xəbər verir ki, bu barədə "Novosti-Qazaxıstan” agentliyi Qazaxıstanın sərhəd xidmətinə istinadən məlumat yayıb.  

"Bu gün üçün regionda mürəkkəb meteoşərait mövcuddur. Buna baxmayaraq sahil mühafizəsinin rəisi tərəfindən kater və gəmilərə müşahidə aparmaq və nəzarətin gücləndirilməsi tapşırığı verilib. Hər hansı obyekt və ya zərərçəkən aşkar edildikdə məruzə edilməli və yardım göstərilməlidir”, - mətbuat xidmətindən bildiriblər.

Sərhəd xidmətinin məlumatına əsasən, Azərbaycan tərəfindən cəsədlərin axtarışına dair yardım barədə rəsmi müraciət olmayıb. Yanğının baş verdiyi ərazi Xəzər dənizinin Qazaxıstan hissəsindən kənardadır.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol