• $
  • €
  • ₽
  • ₺
  • £

"Azəriqaz": Nardaranda sakinlər sabahdan qazla təmin olunacaq

"Azəriqaz": Nardaranda sakinlər sabahdan qazla təmin olunacaq
28.05.2020 20:54

"Bu günə qədər SOCAR-ın "Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən Bakının Nardaran qəsəbəsində 300-dən artıq mənzilə texniki baxış keçirilib, sayğaclar quraşdırılıb. Bu işlər "Azəriqaz” tərəfindən mərhələli şəkildə davam etdirilir. Sabahdan etibarən mənzilinə baxış keçirilmiş, qaz sayğacları quraşdırılmış abunəçilərin qaz təchizatı bərpa ediləcək”.
 
Bu barədə "APA-Economics” SOCAR-ın "Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələrlə şöbəsinin rəisi İbrahim Kərbəlayev bildirib.
 
"Bu yaxınlarda "Azəriqaz” tərəfindən Nardaran qəsəbəsinin qaz təchizatı dayandırılıb. Buna səbəb təbii qazdan kütləvi şəkildə qeyri-qanuni istehlak olunmasıdır. Qeyd edim ki, "Nardaran bağları” adlanan ərazi fasiləsiz olaraq təbii qazla təmin olunub. Amma qəsəbənin özündə hələ yay aylarından təbii qazdan qeyri-qanuni istifadə hallarına görə təchizat dayandırılıb. Hazırda İstehsalat Birliyinin əməkdaşları Nardaran kəndində məhəllə-məhəllə, mərhələli şəkildə təbii qazdan qeyri-qanuni istifadə hallarının qarşısını almaq məqsədi ilə müvafiq işlər görürlər. Qurum əməkdaşları mənzillərə texniki baxış keçirirlər, sayğaclar quraşdırırlar. Bu sayğaclar quraşdırıldıqdan sonra abonentlərlə "Azəriqaz” arasında fərdi şəkildə yeni müqavilələr imzalanacaq. Bundan sonra təbii qazın verilişi tərəfimizdən təmin olunacaq”, - deyə İ. Kərbəlayev qeyd edib.
 
Xatırladaq ki, Nardaran əhalisinin təbii qaza görə dövlətə olan borcu isə 1,376 mln. manat təşkil edir. Bunun 387,33 min manatı 2013-cü il, 558,624 min manatı 2014-cü il, 450,363 min manat isə bu ilin 10 ayı üçün olub.
 
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev Bakının Nardaran qəsəbəsinin abadlaşdırılması, qəsəbədəki sosial-mədəni infrastrukturun yenilənməsi, qəsəbənin sosial problemlərinin həlli məqsədilə 12 milyon manat məbləğində vəsait ayrılması üçün sərəncam imzalayıb.
 
Həmçinin Azərbaycan hökuməti "Azərişıq” ASC, "Azərsu” ASC, "Azəriqaz” İstehsalat Birliyi və "Azəravtoyolservis” SC rəhbərlikləri qarşısında qəsəbənin sosial problemlərinin həlli istiqamətində konkret tapşırıqlar qoyub.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol