• $
  • €
  • ₽
  • ₺
  • £

Manatın ucuzlaşması oğurluqların sayını artıracaq

Manatın ucuzlaşması oğurluqların sayını artıracaq
25.12.2015 20:37
Azərbaycanda manatın ikinci dəfə kəskin ucuzlaşması əhalinin həyat şəraitinin kəskin aşağı düşməsinə səbəb ola bilər. Bundan əlavə, neftin qiymətinin kəskin aşağı düşməsi səbəbindən Azərbaycanda istər özəl, istərsə də dövlət müəssisələrində çalışanların ixtisara düşəcəyi də istisna edilmir. Şübhəsiz ki, həm qiymətlərin bahalaşması, həm də gözlənilən ixtisarlar cəmiyyətdə mənfi proseslərə yol aça bilər. Məsələn, bəzi ekspertlərin fikrincə, indiki situasiya bəzi cinayətlərin, xüsusilə oğurluqların, talanların sayını artıra bilər. Əlbəttə, heç bir adam cinayətkar kimi doğulmur. Ancaq istənilən ailədə dünyaya gələn adam nə zamansa cinayət törədə bilər. Onları cinayətkar olmağa sövq edən səbəblər isə müxtəlif olur.

Ekspert-kriminalist Mahmud Hacıyev də Modern.az saytına oğurluq etməyin səbəblərindən və belə faktların sayının artması ehtimalından danışıb: "Sosial-iqtisadi gərginlik olan cəmiyyətlərdə oğruların və intihara meyllilərin sayı, adətən çoxalır. Oğurluğun arxasında duran əsas niyyətlərdən biri tamahkarlıqdır. İnsanlar pula ehtiyacları olanda daha çox oğurluq edirlər. Dünya təcrübəsinə əsaslanaraq deyirəm ki, hansı ölkədə sosial-iqtisadi gərginlik yaşanırsa, oğurluq və digər cinayətlərin sayı artır.

Manatın budəfəki devalvasiyasından sonra oğruların sayı və intihar meylli insanların sayı çoxalacaq. Bunun bir necə səbəbi olacaq. Məsələn, ailəsini dolandıra bilməyən, borca düşən və banka krediti olanlar bu yola əl ata bilərlər. Şübhəsiz ki, kredit borcunu ödəyə bilməyən adamları bank məhkəməyə verəcək. Elə adamlar var ki, qonşuların və ailə üzvlərinin yanında boynu bükük vəziyyətə düşmək istəməyəcək. Digər tərəfdən, indiki bahalaşma adamların ilk növbədə iş axtarma arzusunu gücləndirəcək. İstəklərinə çatmayanda qohumlardan borc almaq yoluna əl atacaq. Əlbəttə, tanış və qohumlardan da müsbət cavab gəlməyəndə iki yolu qalır. O ya evini, başqa mülkünü satışa çıxarmaqla borcunu ödəməli, yaxud oğurluq etməlidir. Başqa bir yolu isə həmin şəxsin canına qəsdidir”.

Mahmud Hacıyevin fikrincə, situasiya müsbət istiqamətdə dəyişməzsə, cinayətkarlığın sayının artmasına da təsirsiz ötüşməyəcək. "Bu cür proseslər insanın psixoloji durumuna da təsir edəcək, bəzən yerli-yersiz mübahisələr düşəcək. Öz hislərini cilovlaya bilməyənlər son anda cinayətə meyl göstərə bilərlər”.


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol