• $
  • €
  • ₽
  • ₺
  • £

Ali məktəblərdə təhsil haqqı arta bilər

Ali məktəblərdə təhsil haqqı arta bilər
26.12.2015 15:02
2014-cü ilin ikinci yarısından başlayaraq dünya bazarlarında enerji daşıyıcılarının qiymətləri kəskin düşməyə başladı. İqtisadiyyatı neft ixracı üzərində qurulan bir sıra dövlətlər, o cümlədən Azərbaycan bunun acı fəsadlarını qısa müddətdə hiss etdi. Digər tərəfdən, Rusiyaya qarşı Qərbin sankisyalar tətbiq etməsi də "domino effekti”nə uğyun olaraq bir sıra ölkələrin iqtisadiyyatına təsir göstərdi. Çünki kəskin ucuzlaşan Rusiya rublu qonşu valyutalara da təzyiqi artırdı.

Eyni zamanda, İrana qaşrı sanksiyaların götürülməsi və bu ölkə neftinin 2016-cı ildə dünya bazarına çıxarılması da enerji daşıyıcılarının qiymətlərində kəskin azalma baş verəcəyini istisna etmir.

2015-ci ildə buna uyğun olaraq Azərbaycan manatı iki dəfə devalvasiyaya uğradı və milli valyutaları kəskin ucuzlaşan ölkələr siyahısında liderlik əldə etdi. Azərbaycan manatı bu il 98 faiz devalvasiyaya məruz qaldı.

21 dekabr devalvasiyasından sonra isə artıq bir sıra ərzaq və qeyri-ərzaq məhsullarında artımlar müşahidə edilir. Qiymətlərin qısa müddətdə bu car qalxmasının digər sahələrə də sirayət edəcəyi qaçılmazdır. Bu səbəbdən ölkədə təhsil haqlarının artacağı barədə artıq indidən məlumatlar yayılmağa başlayıb. Onsuz da ölkədə təhsil haqları yüksəkdir və bir qədər də qaldırılması istedadlı gənclərin təhsilinə mane törədə bilər.

Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev Modern.az-a bildirib ki, ölkədə baş verən bütün hadisələr bir-biri ilə bağlıdır və bir məhsulda qiymət artımı digərlərində də dəyişikliyə təsir göstərir. 

"Ən sadə və ucuz məhsulun qiyməti artırsa, bu, məktəbin də xərclərinin çoxalmasına təsir edir. Buna əsasən demək olar ki, gələn il təhsil haqlarının artırılması gözləniləndir. Məncə, bu, ümumi gedən prosesin içindədir. Burada məntiqi əlaqələr var”.

Əjdər Ağayev qeyd edib ki, ali məktəblər öz layihələri əsasında gəlir əldə edib, digər maddi baza yaradaraq ondan istifadə etsələr, daha yaxşı olar: "Bunun alınacağını güman etmirəm. İndiki çətin şəraitində vaxtilə qəyyumluq edən, müəyyən vəsait qoyan mənbələrin özünün də imkanı olmaya bilər. Buna görə də ali təhsil müəssisələrində ödəniş haqqı artırıla bilər”.



www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol