• $
  • €
  • ₽
  • ₺
  • £

Yağları əridən qidalar

Yağları əridən qidalar
29.12.2015 10:52
Bəzi qidalar vücuddakı yağların əriməsini sürətləndirir. Bəs bunlar hansı qidalardır?

Acı bibər

Bibərə acılıq verən kapsaisin maddəsi maddələr mübadiləsini sürətləndirir və buna görədə bədəndə olan artıq yağları yandırır.

Tam taxıllı qidalar

Sağlamlıq üçün çox faydalıdırlar. Taxılın üç əsas komponenti saxlandıqda ona tam taxıl deyilir. Bu üç komponent aşağıdakılardır: Kəpək (lif baxımından zəngin xarici qabıq), əsas (qida dəyəri baxımından zəngin özül) və nişastalı hissə (endosperm). Tam taxılın tərkibində olan lif, vitamin, mineral, antioksidantlar bir çox xroniki xəstəliklərə qarşı qalxan rolunu oynayır. Vücudun daha çox çalışmasını təmin edən tam taxıllar yağların əriməsinə də kömək edir. Tam taxılların yandırılması üçün iki qat kaloriyə ehtiyac vardır. Bu da bədənin zəyifləməsinə dəstək verir.

Hindistan qozu

Hindistan qozu (kokos) çox faydalı bitkidir. Hindistan qozunun həm südünün, həm də suyunun tərkibinin, steroid olmayan iltihab önləyici dərmanlardan qaynaqlandığı və mukozal ereksiyaya qarşı xora önləyici xüsusiyyətlərə sahib olduğu bildirilir. Həmçinin, bu meyvə həzm sistemi narahatlıqlarının müalicəsində təsirli hesab olunur. Qəbzlik, kolit, mədə xorası, ishal, qusma, qaz, dizenteriya kimi narahatlıqlara qarşı effektlidir. Maddələr mübadiləsini artırır.

Avokado

Avokado həmişəyaşıl meyvə bitkiləri cinsidir. Tropik meyvədir. Armud formalı meyvələri tündyaşıl, yaxud qara və birtoxumlu olur. Tərkibində asan həzm edilən yağ (30%-ədək), zülal (1,5-4%), B1, B2, C və D vitaminləri var. Diabet xəstəliyi olanlar üçün faydalıdır. Maddələr mübadiləsini sürətləndirir və yağların əriməsində faydalı rol oynayır.

Zəncəfil

Zəncəfil tək ədviyyat deyil, zəncəfil həm də müalicəvi bitkidir. Zəncəfili üyüdülmüş və çiy (zəncəfil kökü) şəklində istifadə etmək olar. Zəncəfilin müalicəvi xüsusiyyətləri olduqca çoxdur. Bu bitki (daha doğrusu onun kökü) iltihabəleyhinə, antibakterial, ağrısazlaşdıran, tonuslaşdırıcı, spazmolitik və s. xüsusiyyətlərinə malikdir. O insanın mədə-bağırsaq sisteminə çox müsbət təsir edir – mədənin və bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizliklə mübarizədə kömək edir, ödqovucu təsirə malikdir. Bundan əlavə zəncəfil orqanizmin qan təchizatını yaxşılaşdırır, damarları təmizləyir, mübadilə proseslərini sürətləndirir. Zəncəfil çayı arıqlamağa kömək edir. Bu çayı qida qəbulundan yarım saat əvvəl içdikdə, iştaha azalır və bu səbəbdən insan daha tez doyur. Zəncəfil çayı aclıq hissini azaldır və mübadilə proseslərini sürətləndirir ki, nəticədə insan tez və rahat arıqlayır. Belə çayı tək arıqlamaq məqsədi ilə yox, soyuqdəymələr zamanı da istifadə etmək olar.//Trend.az

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Cəmiyyət 10:54
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Cəmiyyət 10:36
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol