• $
  • €
  • ₽
  • ₺
  • £

Kənd sakinləri birləşib polisi ölümcül döydülər

Kənd sakinləri birləşib polisi ölümcül döydülər
10.01.2016 15:30
Xaçmazda polis əməkdaşı ilə rayon əhalisi arasında insident yaşanıb.

ANN.Az aznews.az-a istinadən xəbər verir ki, rayonun Ağalıq kənd sakinləri həmin ərazidə xidmət aparan yol polisi Cahangir Əliyevə hücum çəkərək onu döyüblər. Ağır bədən xəsarətləri alan polis əməkdaşı təcili yardım maşını ilə Şabran rayon Mərkəzi Xəstaxanasına aparılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Rayon sakinlərinin verdiyi məlumata görə, hadisənin baş verməsinə səbəb, polisin kənd sakinlərini tez-tez incitməsi olub. Onların sözlərinə görə, Quba şosesində xidmət aparmalı olan C.Əliyev yolun yalnız sözügedən kənddən keçən hissəsində dayanır, kənd sakinlərini yeri gəldi-gəlmədi saxlayıb, onlardan rüşvət tələb edirmiş.
Buna görə də sakinlər yığışıb ondan kəndi tərk etməsini, xidməti şosenin başqa hissəsində aparmasını tələb ediblər. Bununla razılaşmayan polis kənd əhalisinin hücumuna məruz qalıb və xəstəxanalıq olub.

Xatırladaq ki, bir müddət əvvəl aznews.az Cahangir Əliyevin sürücüdən rüşvət almasını əks etdirən videogörüntülər yaymışdı. Həmin görüntüləri təqdim edirik:


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol