DTX-nin polkovnikinin əlində qumbara partladı

Yeni yaradılan Dövlət Təhlükəsizlik Xidmətinin Bakıda yerləşən əsas binasında hadisə baş verib.
ANN.Az "Qafqazinfo”-ya istinadən xəbər verir ki, hadisə bir neçə gün öncə təhlükəsizlik xidmətinin əməkdaşları ilə keçirilən təlim zamanı olub.
Xidmətin şöbə rəisi, 1968-ci il təvəllüdlü, polkovnik-leytenant Mustafayev təlim keçən zaman əl qumbarasının zapalı partlayıb.
Mustafayev üz nahiyəsinin yanıq xəsarəti ilə Dövlət Təhlükəsizlik Xidmətinin hospitalına yerləşdirilib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib























