• $
  • €
  • ₽
  • ₺
  • £

Böyükşor gölünün ekoloji vəziyyəti yaxşılaşdırılır

Böyükşor gölünün ekoloji vəziyyəti yaxşılaşdırılır
21.01.2016 21:56
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Böyükşor gölünün təmizlənməsinin ikinci hissəsinin icra edilməsi, Zığ gölünün təmizlənməsi layihəsinin həyata keçirilməsi davam etdiriləcək.
 
Bu barədə İqtisadiyyat Nazirliyindən Oxu.Az-a bildirilib.

Hazırda Böyükşor və Zığ gölləri üzrə tədqiqat-mühəndislik, layihə-smeta və Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədləri hazırlanır. Eyni zamanda, Böyükşor gölünün kompleks bərpası layihəsinin 2-ci fazası üzrə 380 hektarlıq hissəsinin dibinin təmizlənməsinə hazırlıq işləri görülür və yaxın vaxtlarda işlərə başlanacaq.
 
Qeyd edək ki, Böyükşor gölünün kompleks bərpası layihəsinin birinci fazasında gölün 300 hektara yaxın hissəsi bərpa olunub və ətraf ərazi təmizlənərək abadlaşdırılıb. Nəticədə gölün dibinin neftlə çirklənmə səviyyəsi Böyükşorun bərpası işlərindən əvvəlki 100000-120000 mq/kq-dan 2015-ci ildə 100-400 mq/kq-a enib. Ötən il göl suyunun ümumi neftlə çirklənmə göstəricisi isə 2014-cü ildəki 300-400 mq/l-dən 100-200 mq/l-dək azalıb.
 
Gölün Olimpiya stadionu sahilində salınmış Böyükşor bulvarında 80 min ağac və kol bitkiləri əkilib.
www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Bu yolayrıcında işıqfor quraşdırılıb
Cəmiyyət 10:27
Bu yolayrıcında işıqfor quraşdırılıb
Sərhəd naryadına silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib
Cəmiyyət 10:23
Sərhəd naryadına silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol