• $
  • €
  • ₽
  • ₺
  • £

Maqsud İbrahimbəyova "Şərəf" ordeni təqdim edildi

Maqsud İbrahimbəyova "Şərəf" ordeni təqdim edildi
22.01.2016 15:59
Yanvarın 22-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan Prezidentinin sərəncamına əsasən təltif edilən xalq yazıçısı, kinodramaturq, rejissor Maqsud İbrahimbəyova "Şərəf” ordenini təqdim edib.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbir M.İbrahimbəyovun yaşadığı evdə keçirilib.

Azərbaycan teatr və kino sənətinin inkişafında böyük xidmətlərinə görə 7 may 2015-ci il tarixində Maqsud Məmmədibrahim oğlu İbrahimbəyov "Şərəf” ordeni ilə təltif edilib.

Ə.Qarayev M.İbrahmbəyovun Azərbaycan teatr və kino sənətinin inkişafına böyük töhfələr verdiyini qeyd edib. O, M.İbrahimbəyovun əsərləri əsasında çoxsaylı tamaşaların səhnəyə qoyulduğunu bildirib. Həmçinin yazıçının əsərlərinin xarici dillərə tərcümə olunduğu diqqətə çatdırılıb.

M.İbrahimbəyov yaradıcılığına verilən yüksək qiymətə və diqqətə görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib.

Qeyd edək ki, xalq yazıçısı M.İbrahimbəyov 1935-ci il mayın 11-də Bakıda anadan olub. O, 1976-cı ildə Azərbaycan Dövlət Mükafatı laueatı, 1979-cu ildə Azərbaycan SSR Əməkdar İncəsənət xadimi, 1988-ci ildə Azərbaycan xalq yazıçısı, 1995-ci ildə "Şöhrət” və 2005-ci ildə "İstiqlal” ordenləri ilə təltif olunub.

Dünyanın və Azərbaycanın müxtəlif jurnallarında, o cümlədən, "Azərbaycan" "Drujba narodov", "Novıy mir", «Yunost", "Roman - qazeta", "Literaturnı Azerbaydjan" və başqalarında romanları, povestləri və hekayələri dərc olunub. Bu əsərlər sırasında "Bütün yaxşılıqlara görə ölüm", "Truskavetsə kim gedəcək?", "Ondan yaxşı qardaş yox idi", "Qoy o bizimlə qalsın", "Bayquş gəldi", "Kərgədan buynuzu", "Axırı yaxşı qurtaran əhvalat" və başqalarını qeyd etmək olar. M.İbrahimbəyovun nəsr əsərləri 26 xarici dilə tərcümə olunub.

M.İbrahimbəyovun ssenariləri əsasında müxtəlif ölkələrdə 18 bədii və 7 sənədli film çəkilib. Onlardan "Bizim Cəbiş müəllim", "Uşaqlığın son gecəsi", "Yarımçıq qalmış serenada", "Truskavetsə kim gedəcək?", "Gözəl bir gündə" ("V odin prekrasnıy den"), "Sonuncu intervü", "Bayquş gəldi", "Qızıl reys", "Axırı yaxşı qurtaran əhvalat", "Bakı müharibə illərində" filmləri ölkə kinematoqrafiyasının qızıl fonduna daxil olub.
www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol