• $
  • €
  • ₽
  • ₺
  • £

Magistrlər üçün təhsil müddətinə qoyulan limit götürülür

Magistrlər üçün təhsil müddətinə qoyulan limit götürülür
29.05.2020 08:56
Magistr təhsilini bitirən məzunların demək olar ki, yalnız 25-30 faizi doktorantura təhsilinin dalınca gedir

"Bu gün magistr təhsilini bitirən məzunların demək olar ki, yalnız 25-30 faizi doktorantura təhsilinin dalınca gedir. Yəni, yerdə qalan 70 faiz məzun bu sahəyə maraq göstərmir". "Report" xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli "Elm haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

Komitə sədrinin sözlərinə görə, bu məsələ ilə cəmiyyətdə fikirlər də müxtəlifdir: "Dövlət qulluğunda iştirak edən magistrlərın əksəriyyəti yüksək bal toplayır. Bunun nəticəsində onlar işlə təmin olunurlar. Onların dövlət işlərində olmasının əleyhinə deyilik. Çünki bu da onların hüququdur. Ancaq etiraf edək ki, bu gün elmə gələn magistrların sayı dövlət qulluğunda işləyənlərin sayından dəfələrlə azdır. Çünki dövlət işində maaş yüksək olur. Bu da istər-istəməz gənc elmi kadrların akademiyaya gəlməsinə maneçilik törədir".

İ.Həbibbəyli AMEA-ya gənclərin axınını təmin etmək üçün magistratura pilləsinə qəbulun iki istiqamətdə aparılmasını zəruri hesab edir: ""Elm haqqında" qanun layihəsində magistratura pilləsində peşəkar məqsədlər üçün ixtisas magistri və elmi fəaliyyətlə məşğul olmaq üçün tədqiqat magistri üzrə təhsilinin olması yer alıb. Tədqiqat magistri dərəcəsinə malik olan şəxslər elmi-tədqiqat işi ilə və elmi-pedoqoji fəaliyyətlə məşğul ola bilər, doktoranturaya daxil olmaq imkanı qazana bilərlər".

O, həmçinin qeyd edib ki, ixtisas magistri üçün 2, tədqiqat magistri üçün isə nəzərdə tutulan 1 illik təhsilin müddəti layihədən çıxarılıb: "Hesab etdik ki, bu prosedur Təhsil Nazirliyində icraçı təşkilatın özünün əsasnaməsi və nizamnaməsi ilə tənzimlənə bilər. Ona görə də müddət limitini "Elm haqqında" qanun layihəsindən çıxartdıq".

Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Eynullayev magistraturaya qəbulun iki istiqamətə bölünməsini məqbul saymadığını deyib: "İxtisas magistri olan şəxslərin gələcəkdə elmi fəaliyyətlə məşğul ola bilməməsi düzgün deyil. Çünki bu qərarla sonradan elmə qayıtmaq istəyən şəxslərin yolunu bağlamış olarıq. Odur ki, həmin imkanı və şansı onların əlindən almaq olmaz. Məsələn, bir şəxs müəyyən müddət üçün bizneslə məşğul olur və 10-15 il sonra elmi fəaliyyətə qayıtmaq istəyi olursa, biz bu qərarla onların yollarını bağlamış oluruq. Ona görə də magistraturaya qəbulda ixtisas ayırması fikri daha da təkmilləşdirilməlidir".

"Elm haqqında" qanun layihəsi Milli Məclisin yaz sessiyasının gündəliyinə tövsiyə olunub.  

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol