• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda niyə ürək köçürülmür?

Azərbaycanda niyə ürək köçürülmür?
28.05.2020 23:11
Bu gün Azərbaycanda ürək transplantasiyasının həyata keçirilməsi tamamilə mümkündür.

Trend bildirir ki, bunu Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Rəşad Mahmudov deyib.

O bildirib ki, Azərbaycanda ürək transplantasiyasının bir neçə mərkəzdə aparılmasına heç bir texniki əngəl yoxdur.

R.Mahmudov bildirib ki, burada olan əsas əngəl bu gün cəmiyyətin sosial olaraq ürək transplantasiyasına hazır olmamasıdır: "Bu gün ailədən və ya yaxınlardan birinin həyatını itirdiyi zaman onun üzərində ekspertizanın aparılmasına qətiyyətlə qarşı çıxırıq. Əsas problem də elə budur. Bunun dindən, etnik dəyərlərdən gəlməsi müzakirə predmetidir. Dində belə bir əngəl yoxdur. Əgər belə əngəl olsaydı, İranda, Türkiyədə və digər ərəb ölkələrində bu cür əməliyyatlar aparılmazdı".

R.Mahmudov deyib ki, həyatını itirən bir insanın orqanizmində hadisənin əsl mahiyyətini araşdırmaq üçün ekspertizanın aparılmasına icazə verməyən düşüncə ilə yaşayan insanlarda müəyyən tərəddüdlər olur: "Bu işin reallaşdırılması üçün ailənin və yaxınlarının razılığı mütləq şəkildə olmalıdır. Bu da sağlam vəziyyətdə yox, şəxsə beyin ölümü diaqnozu qoyulduqdan sonra həyata keçirilə bilər. Bunu komada olan insanlarla qarışdırmaq olmaz. Beyin ölümü Azərbaycan Konstitusiyasında öz əksini tapıb. Belə ki, beyin ölümü həyatın bitdiyi dəqiqədir. Orqanların hamısı yaşasa da, beyin ölümü varsa, insan həyatı bitmiş hesab olunur. Bu ürəklə əlaqəli deyil. Yəni, beyni ölən insanların digər orqanları sağlam olur".

Komitə üzvü deyib ki, bu gün ölkədə insan orqanı gözləyən insanlar var: "Hazırda ölkədə qaraciyər və böyrək köçürməsi reallaşdırılır. Əməliyyatlar canlıdan-canlıya həyata keçirilir. Lakin ürəkdə bu, mümkün deyil".

R.Mahmudov qeyd edib ki, bir qəhrəman ailənin ortaya çıxaraq bu təşəbbüsdən çıxış etməsi yaxşı başlanğıc ola bilər: "Çünki ölkədə hansısa qərar verildikdən sonra sürətli inkişaf olur. Hansısa təşəbbüs buna bir qığılcım ola bilər. Azərbaycandakı tibb müəssisəsləri ürək köçürülməsini etməyə çoxdan hazırdır. Hətta Naxçıvanda belə bunu etmək ola bilər. Kilosu və boyunun 10 faiz üstündə və ya altında olan insan ürək üçün donor ola bilər. Yəni 50 yaşında olan bir insana 12 yaşındakı birinin boyu və ölçüsü uyğun gəlirsə, o da donor ola bilər".


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol