• $
  • €
  • ₽
  • ₺
  • £

Putin azərbaycanlı veteranı təbrik etdi

Putin azərbaycanlı veteranı təbrik etdi
11.02.2016 11:48
Rusiyanın Osinniki şəhərində (Kuzbas) yaşayan Böyük Vətən müharibəsi veteranı Varahmatulla Mərziyev prezident Vladimir Putin, qubernator Aman Tuleyev və şəhər rəhbəri İqor Romanov tərəfindən 95 illiyi münasibəti ilə təbrik alıb.

Oxu.Az "Vestikavkaza” istinadən xəbər verir ki, onların xoş arzularını cəbhəçiyə yerli şəhər şurasının rəhbəri Aleksandr Bıkov çatdırıb.

Varahmatulla Mərziyev Azərbaycan SSR-nin Şamaxı qəzasının (Hazırda Azərbaycanın Şamaxı rayonu) Arçeman kəndində dünyaya gəlib. O, 1941-ci ildə orduya çağırılıb və Qudermes qoşun hissəsinin təlim batalyonunda xidmətdən sonra 1942-ci ilin iyulunda cəbhəyə gedib.

Çox keçmədən onun olduğu hərbi hissə dağılıb, o özü isə əsir düşüb. Mərziyəv ilk günlərdə Almaniyada olub, sonra isə İtaliyaya göndərilib. Növbəti köçürülmə mərhələsində həmyerlimiz əsirlikdən qaçıb və Yuqoslaviya partizanlarına qoşulub. Həmyerlimiz onlarla birgə 1944-cü ilədək düşmənlə mübarizə aparıb. Həmin il Böyük Britaniya tərəfindən Sovet İttifaqına göndərilib.

O, tərxis olunduqdan sonra 1944-cü ilin oktyabrında Osinniki şəhərinə gedib, mədəndə çalışıb.

Mərziyev igidliyə görə II dərəcəli Vətən müharibəsi ordeni ilə təltif edilib. Bundan başqa o, II və III dərəcəli "Şaxtyorskaya slava” (Şaxtaçı şöhrəti) nişanlarına, "Sosialist yarışının qalibi” adına və digər mükafatlara layiq görülüb. Kemerovo vilayətinin informasiya portalı məlumat yayıb. 

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol