• $
  • €
  • ₽
  • ₺
  • £

"Qonşu dövlətlərin Kürün suyunu çirklətməsi böyük problemlər yaradır"

"Qonşu dövlətlərin Kürün suyunu çirklətməsi böyük problemlər yaradır"
29.05.2020 05:57
Azərbaycan və Gürcüstan arasında Kür çayı hövzəsinin su ehtiyatlarının mühafizəsi və davamlı istifadəsi sahəsində əməkdaşlıq üzrə işlər davam etdirilir".

Bunu "Report"a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekologiya və təbiəti mühafizə şöbəsinin sektor müdiri Mütəllim Əbdülhəsənov deyib.

Sektor müdiri qeyd edib ki, bu işlərə 2010-cu ildən başlanılıb: "İndiyə qədər Bakıda və Tbilisidə ikitərəfli məsləhətləşmələr keçirilib. Məsləhətləşmələrdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xarici İşlər Nazirliyi və başqa qurumların mütəxəssisləri iştirak ediblər. Layihənin ilk mərhələsində Gürcüstan tərəfinin tam razılaşması mümkün olmayıb. Hazırda Azərbaycan tərəfi saziş sənədi layihəsinin Gürcüstan tərəfindən razılaşdırılmasını və son görüşü gözləyir. Müsbət fikir olsa yəqin ki, sənəd imzalanacaq.

"İki ölkə arasında razılaşdırılacaq sənədin əsas mahiyyəti Kür çayının su ehtiyatının mühafizəsi və davamlı istifadəsidir" - deyən sektor müdiri xatırladıb ki, Kür çayı sərhəddən keçən çaydır, o çay Gürcüstan ərazisindən Azərbaycana daxil olur: "İmzalanacaq sənəd Kür çayının suyunun istifadəsi, idarə olunması, çirklənməsi qarşısının alınması, qarşılıqlı monitorinq sisteminin yaradılması, suyun keyfiyyətinə nəzarətin artırılması, əlaqədar qurumların bu işə cəlb olunması və sahələr üzrə əməkdaşlığa imkan verəcək. Saziş qəbul olunsa, Kür çayının su ehtiyatlarının birgə mühafizəsi ilə bağlı qarşılıqlı birgə fəaliyyətlər həyata keçiriləcək. Bu da bizim dövlətimiz üçün çox mühümdür, çünki Azərbaycan aşağı axında yerləşir, qonşu dövlətlərin Kürün suyunu çirklətməsi Azərbaycan üçün böyük problemlər yaradır".

O qeyd edib ki, Azərbaycanın su resurslarının 80 faizi Kür çayı və onun qollarının payına düşür: "Son illər böyük tənzimləyici alətlər, stansiyalar quraşdırılıb, sular təmizlənir. 2007-2016-cı ilə qədər Ekologiya və Təbii Sərvətlər Nazirliyi 384 kənddə sutəmizləyici qurğu quraşdırıb. Hazırda 625 mindən çox əhali bu içməli sudan istifadə edir".


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol