• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda elmi terminlər ilk dəfə sistemləşdirildi

Azərbaycanda elmi terminlər ilk dəfə sistemləşdirildi
15.02.2016 20:29
Azərbaycan dilində elmi fəaliyyətdə istifadə olunan terminlər ilk dəfə toplanaraq sistemləşdirilib.

Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova Trend-ə bildirib ki, Azərbaycanda neft və qazçıxarma sənayesinin geniş inkişafı ilə bağlı ingilis, rus, türk dillərində işləklik qazanan terminlərin Azərbaycan dilində ekvivalentləri müəyyənləşdirilib.

S.Sadıqova deyib ki, "Neft terminləri lüğəti”ndə (Azərbaycan, ingilis, türk, rus dillərində) neft, qazçıxarma sənayesi, neft kontraktı ilə bağlı, avadanlıqlarının korroziyası və onunla mübarizə tədbirləri haqqında 4000 minə qədər termin toplanıb: "Lüğəti tərtib edən zaman müəlliflər yeni anlayışların ifadəsi üçün alınma terminlərdən daha çox söz seçmə prinsipinə – dilin lüğət tərkibində işlənən, ya da kalka yolu ilə yaradılan terminlərə üstünlük veriblər. Terminlərin böyük bir qismi ana dilimizdə işlənən sözlərlə verilib. Bununla yanaşı, son illərdə Avropa dillərindən dilimizə keçən beynəlxalq terminlər mənbədə olduğu kimi verilib. Alınma terminlər Azərbaycan dilinin qaydalarına uyğunlaşdırılaraq verilib”.

O, qeyd edib ki, yeni hazırlanan "İzahlı logistika terminləri lüğəti”ndə logistikada işlənən söz və söz birləşmələrini özündə ehtiva etmiş, rus, ingilis və Azərbaycan dilində qarşılıqları müəyyənləşdirilib: "Logistikanın əsas aspektlərini əhatə edən lüğətdə 2260 termin və söz birləşmələri daxil edilib".

S.Sadıqova bildirib ki, "Su təchizatı və kanalizasiya sisteminə aid rusca-azərbaycanca izahlı lüğəti”ndə istilik texnikası, ekologiya, ventilyasiya, su təchizatı və kanalizasiya sistemləri üzrə 5300-dən çox, "İngiliscə-azərbaycanca kompüter terminləri lüğəti”ndə internet, kompüter və İKT sahəsinə aid 10 mindən çox, "Yol və aerodrom tikintisi ilə bağlı izahlı terminoloji lüğəti”ndə isə 2000-ə qədər termin toplanıb.

S.Sadıqova deyib ki, qloballaşma şəraitində elmin, texnikanın inkişafına uyğun olaraq dilimizdə müxtəlif sahələrə - iqtisadiyyat, informatika, təhsil, texnika ilə bağlı yeni terminlər yaranır. Bu nəzərə alınaraq yeni hazırlanan "İzahlı terminlər (yeni) lüğəti”nə 2500 yeni yaranmış termin toplanıb və onların izahı verilib. Lüğətdə müxtəlif sahələrə - iqtisadiyyat, informatika, dilçilik, geologiya, diplomatiya və s. aid yeni terminlər, yəni indiyə qədər çap olunmuş lüğətlərimizə düşməmiş terminlər toplanıb və onların izahı verilib.
www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol