• $
  • €
  • ₽
  • ₺
  • £

ADU-da “Azərbaycanda multikulturalizm” adlı seminar keçirildi

ADU-da “Azərbaycanda multikulturalizm” adlı seminar keçirildi
29.05.2020 07:46
Fevralın 18-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsi və ADU TGT-nin "Tələbə Diplomat” klubunun birgə təşkilatçılığı ilə "Azərbaycanda multikulturalizm” adlı seminar keçirildi.
 
 
Seminarda Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin dekanı, dosent Anar Nağıyev "Multikulturalizm hadisəsi. Özündə nəyi ehtiva etməlidir?” adlı təqdimatla çıxış etdi. Mövzu ilə bağlı çıxışı zamanı Anar Nağıyev Prezident İlham Əliyevin "Multikulturalizmin alternativi yoxdur” sözünü xatırladaraq ölkədə 2014-cü ilin fevralında müşavirlik, həmin ilin may ayında isə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradıldığını, 2016-cı ilin "Multikulturalizm ili” elan edildiyini bildirdi. Multikulturalizm hadisəsinin əhəmiyyətindən danışan Anar Nağıyev multikulturalizm konsepsiyasının əsas qayəsini demoqrafik, siyasi, ideoloji prizmaların təşkil etdiyini diqqətə çatdırdı. Dünya əhalisinin statistikası ilə bağlı məlumatları nəzərə çatdıran A.Nağıyev liberalizmin azadlıq, qanun və inkişaf, güclü vətəndaş, sülh, bərabərlik sözlərində izahını verdi. Dini qruplar, fərqli mədəniyyətlər, müxtəlif dillər, maddi və mənəvi irs, etnik qruplar haqqında danışan A.Nağıyev vahid dəyərlər kompleksi: Azərbaycançılıq məfkurəsindən bəhs etdi. Azərbaycanda yaşayan 10 mliyona yaxın əhalinin böyük əksəriyyətinin müsəlman olduğunu, 21 qeyri-müsəlman icmalarının qeydiyyatdan keçdiyini, 12 ortdoks və katolik kilsənin, 6 sinaqoqun mövcud olduğunu söyləyən A.Nağıyev bununla yanaşı, Dağlıq Qarabağın hələ də işğal altında olduğunu vurğuladı. O, multikulturalist Cəmiyyətdə mədəni və dini fərqlilik, milli identiklik, milli dövlət quruculuğu, demokratik konsolidasiya, regional sülh və əməkdaşlıq haqqında məlumat verdi. Anar Nağıyev Azərbaycanda mutikulturalist cəmiyyətin nümunəsi kimi mədəni bərabərliyin təmin edildiyini, müxtəlif mədəniyyətlərin tarixi irsinin qorunması və inkişafına şərait yaradıldığını, ümumi mədəni mühit və qanunvericilik bazasının formalaşdığını, təhsildə, o cümlədən sosial və iqtisadi sahələrdə də bərabər imkanların təmin edildiyini söylədi.
 
 
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru, ADU-nun Ümumi dilçilik kafedrasının müdiri, professor Azad Məmmədov multikulturalizmin yaranması tarixindən danışdı. O, multikulturalizmin ölkə çərçivəsində müxtəlif etnik qrupların, mədəniyyətlərin, dillərin arasında harmonik ünsiyyət olduğunu bildirdi. Azərbaycanın çoxəsrlik multikulturalizm, tolerantlıq və dözümlülük ənənələrinə malik olduğunu deyən A.Məmmədov qeyd etdi ki, multikulturalizm Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biridir və bu məsələyə xüsusi diqqət ayırılır.
 
 
Regionşünaslıq kafedrasının müdiri Sevdagül Əliyeva, Sosial elmlər kafedrasının dosentləri Asif Abbasov və Qorxmaz Mustafayev universitetdə multikulturalizmin mənimsədilməsi ilə bağlı fənnlərin tədrisinin yüksək səviyyədə həyata keçirildiyini söylədilər və Azərbaycanda multikulturalizmin yaranması, formalaşması haqqında fikirlərini bölüşdülər.
 
Seminarın davamında fikir mübadiləsi aparıldı, tələbələri maraqlandıran suallar cavablandırıldı

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol