• $
  • €
  • ₽
  • ₺
  • £

"Azərişıq" tender elan etdi

"Azərişıq" tender elan etdi
19.02.2016 20:57
Azərişıq" ASC 2016-cı ildə regionlarda Komplekt Transformator Məntəqələrinin (KTM) quraşdırılması, kabel və hava xətlərinin təmiri və tikintisi üzrə işlərin aparılması məqsədilə açıq tender elan edib.
 
"Report"un əldə etdiyi məlumata görə, müsabiqə 15 lot üzrə keçiriləcək.

Lot-1 üzrə Bağlar, Xırdalan və Qobustan, Lot-2 üzrə Sumqayıt, Xızı, Siyəzən, Şabran, Lot-3 üzrə Xaçmaz, Quba Qusar, Lot-4 üzrə Şəki, Qax, Zaqatala, Balakən, Lot-5 üzrə Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Lot-6 üzrə Daşkəsən, Gədəbəy, Samux, Göygöl, Lot-7 üzrə Gəncə, Şəmkir, Tovuz, Qazax, Ağstafa, Lot-8 üzrə Mingeçevir, Ağdaş, Ucar, Göyçay, Ağsu, Lot-9 üzrə Bərdə, Yevlax, Tərtər, Goranboy, Lot-10 üzrə İmişli, Füzuli, Beyləqan, Zərdab, Ağdam, Ağcabədi, Lot-11 üzrə Saatlı, Kürdəmir, Sabirabad, Lot-12 üzrə Şirvan, Salyan, Neftçala, Lot-13 üzrə Cəlilabad, Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı rayonlarında KTM-lərin quraşdırılması və kabel xətlərinin çəkilməsi üzrə satınalma müsabiqəsi elan edilib.

Lot-14 üzrə Tövuz rayonunda 35 kV-luq "Qandallar" hava xəttinin təmiri, Lot-15 üzrə isə Yevlax rayonunda 35 kV-luq Malbinəsi-Qaraməmmədli Nasos hava xəttinin tikintisi üzrə işlərin həyata keçirilməsi planlaşdırılır.

Bütün lotlar üzrə iştirak haqqı 200 manatdır və tender təklifi dəyərinin 2%-i həcmində bank təminatı tələb olunur.

İddaçılar sənədlərini martın 11-dək, tender təklifi və bank təminatını isə martın 29-dək Bakı şəhəri, Bakıxanov küçəsi,13 ünvanında yerləşən Ümumi işlər İdarəsinə təqdim etməlidir.

Təklif zərfləri martın 30-da Ələsgər Qayıbov küçəsi,8 ünvanında "Azərışıq" ASC-nin inzibati binasında açılacaq.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol