• $
  • €
  • ₽
  • ₺
  • £

Bu gün ilk çərşənbə qeyd olunur

Bu gün ilk çərşənbə qeyd olunur
23.02.2016 09:12
Bu gün ölkəmizdə ilk çərşənbə - Su çərşənbəsi qeyd olunur.
 
Nə üçün Su çərşənbəsi və ya el dilində desək, əzəl çərşənbə?
 
Bunun Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin böyük elmi işçisi, fəlsəfə doktoru Atəş Əhmədli açıqlayıb. Alimin sözlərinə görə, baharın gəlişi öncəsi çərşənbələr əsasən "Su”, "Od”, "Yel” və "Torpaq” kimi sıralanması qəbul edilib.

A.Əhmədli qeyd edib ki, Azərbaycanın əskər bölgələri ilk çərşənbənin "Su” çərşənbəsi kimi qeyd edilməsini dəstəkləyir: "Biz də ilk çərşənbənin "Su” çərşənbəsi olması üzərində dayanmalıyıq. Çünki canlı orqanizmin yaranması suda mümkün olub. İlk canlı orqanizm suda yarandığı üçün həyatın mənası, onun nüvəsi sudur. Bu da vacib məqamdır”.

Qeyd edək ki, axır çərşənvə martın 15-də qeyd olunacaq.

Bu il Azərbaycan ərazisində baharın gəlişi martın 20-i Bakı vaxtı ilə təxminən saat 08:30 radələrində baş verəcək.

Martın 19-da Günəş səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçid edəcək. Həmin an Günəş Yerin hərəkət müstəvisi ilə Yerin ekvator müstəvisinin kəsişdiyi nöqtədə olacaq. Bu nöqtəyə astronomiyada "yaz bərabərliyi nöqtəsi” deyilir.

Günəş həmin nöqtədə olanda gecə və gündüz bərabərliyi qeydə alınacaq. Həmin andan başlayaraq, şimal yarımkürəsində astronomik bahar başlayır və bu, iyunun 21-dək davam edir.
www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol