• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat seçiciləri qəbul edib

Deputat seçiciləri qəbul edib
23.02.2016 17:42
Azərbaycan Milli Məclisinin deputatı, paytaxtın 17 saylı Yasamal 3-cü seçki dairəsindən millət vəkili seçilmiş Elşad Həsənov təmsil etdiyi seçiciləri qəbul edib.
 
Yasamal rayonundakı seçki qərargahında baş tutan görüşdə yerli sakinlər onları narahat edən məsələ və problemlər barədə söz açıblar. Görüş zamanı əsas etibarilə "Sovetski” kimi tanınan məhəllənin sakinləri yaşayış evi, kompensasiya, sosial və hüquqi məsələləri əhatə edən mövzuları qaldırıblar. Seçiciləri ayrı-ayrılıqda qəbul edən deputat Elşad Həsənov onları diqqətlə dinləyib və  müraciətlərini qəbul edib. Millət vəkili bildirib ki, qaldırılan bütün məsələlərin həlli onun şəxsi nəzarətində olacaq və müvafiq hakimiyyət orqanları ilə müştərək çözüm istiqamətində səy göstəriləcək. Eyni zamanda , bir  qism müraciətlər yerindəcə həll edilib. Digər qismi isə aidiyyətı orqanlara yönləndirilib.
 
Xatırladaq ki, Milli Məçlis üzvü Elşad Həsənov təmsil etdiyi seçicilərin elektron müraciət, sorğu və təkliflərinin qəbulunu da davam etdirir. Müraciətlər bu e-mailə göndərilməlidir:  [email protected]

Paytaxtın 17 saylı Yasamal 3-cü seçki dairəsini təmsil edən seçicilər onları narahat edən sosial problem, təklif və şikayətlərini qeyd olunmuş elektron poçt ünvanına göndərə bilərlər. Müraciətdə vətəndaşı narahat edən problemin mahiyyəti barədə qısa məlumat, həmçinin vətəndaşın ünvanı və əlaqə telefonu qeyd olunmalıdır.
 




www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol