“Sədərək” ticarət mərkəzindən 100 min manatlıq oğurluq olub

Faktla bağlı Qardağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsində araşdırma aparılır
"Sədərək” ticarət mərkəzindən 100 min manatlıq oğurluq edilib.
"Report”un xəbərinə görə, 1976-cı il təvəllüdlü Mirkişi Əsədov polisə müraciət edərək həmin ticarət mərkəzində ona məxsus anbardan oğurluq edildiyini bildirib.
M.Əsədov ərizəsində ona məxsus anbarda işləyən 26 yaşlı Əli Rüstəmovun oradan 100 min manatlıq elektrik məişət əşyaları mənimsədiyini deyib.
Faktla bağlı Qardağ Rayon Polis İdarəsinin (RPİ) 10-cu Polis Bölməsində (PB) araşdırma aparılır.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























