• $
  • €
  • ₽
  • ₺
  • £

Ağalarov "Forbes"un "krallar" siyahısında

Ağalarov "Forbes"un "krallar" siyahısında
28.02.2016 15:30
Rusiyanın dövlət büdcəsindən 2015-ci il ərzində ən çox podrat sifarişi alan şirkətlərin və onların sahiblərinin adları məlum olub. ANS PRESS-in məlumatına görə, "Forbes” jurnalının rus versiyasının tərtib etdiyi  "Dövlət sifarişinin kralları-2016" siyahısında ilk yeri "Stroyqazmontaj” şirkəti və onun rəhbəri Arkadi Rotenberq tutub. Müvafiq olaraq ikinci və üçüncü sıralardaLeonid Mixelson və Gennadi Timçenko qərarlaşıblar. 

Siyahıda liderlik edən prezident Vladimir Putinin dostu Arkadi Rotenberqin "Stroyqazmontaj” şirkəti təkcə ötən il dövlət büdcəsindən "Qazpromla”bağladığı müqavilə sayəsində  555.5 milyard rubl (təxminən 11 milyard 500 milyon manat - red.) həcmində tikinti sifarişi alıb. 
 
İkinci yerdə oliqarx Leonid Mixelson gəlir. Onun şirkəti "Qazprom”la Amursk qaz emalı zavodunun tikintisinə dair müqavilə bağlayıb. Müqavilənin ümumi dəyəri 344 milyard rubldur (təxminən 7 milyard 120 milyon 800 min manat).

Siyahıda ilk üçlüyü isə Putinin digər dostu Gennadi Timçenko qapayır. Onun "Stroyqaztrans” şirkəti dövlət büdcəsindən 161 milyard rubl (təxminən 3 milyard 332 milyon 700 min manat) həcmində sifariş alıb.
 
Jurnalın hazırladığı siyahıda Azərbaycanlı milyarder Araz Ağalarovun da adı var. O da, ilk onluqdadır. 

Ağalarov Uzaq Şərq Universitetinin korpusunun tikilməsi həmçinin  Kalininqradda və Rostovda iki stadionun tikintisi tenderlərini də qazanıb. Onun "Crocus Group” şirkətinin büdcədən aldığı sifarişlərin həcmi 70 milyard rubla (təxminən 144 milyon 900 min manat) yaxındır. 

Azərbaycanlı biznesmen Araz Ağalarovun başçılıq etdiyi "Crocus Group” 2014-cü ildə iki nəhəng layihənin inşasına start verib. Onun şirkəti tərəfindən tikintisinə başlanılan 2018-ci il Dünya Çempionatı üçün nəzərdə tutulan Rusiyanın Kalininqrad və Rostov şəhərlərində inşa ediləcək zövq oxşayan, müasir stadionların ümumi dəyərinin 30 milyard dollardan çox olacağı bildirilir. 

Stadionların tamaşaçı tutumu 45 min nəfər olacaq.

Ümumilikdə götürdükdə Rusiyada keçirilən Dünya Çempionatı üçün 12 stadion tikintisi nəzərdə tutulsa da, Braziliya təcrübəsindən irəli gələrək FİFAprezidenti Çempionatda 10 stadionla kifayətlənə biləcəklərini qeyd edib. 






www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol