• $
  • €
  • ₽
  • ₺
  • £

Sabahdan I sinfə şagird qəbulu başlayır

Sabahdan I sinfə şagird qəbulu başlayır
29.02.2016 14:16
Təhsil nazirinin müvafiq əmrinə əsasən 2016-2017-ci dərs ili üçün Bakı şəhərinin ümumtəhsil məktəblərinin və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların I sinfinə şagird qəbulu bu il də elektron sistem vasitəsi həyata keçiriləcək. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) APA-ya verilən məlumata görə, ümumtəhsil məktəblərinin I siniflərinə qəbul üçün valideynlərin (digər qanuni nümayəndələrin) elektron ərizələrinin bu sistemdə qeydiyyatı 2016-cı il martın 1-dən sentyabrın 15-dək www.mektebeqebul.edu.az saytı vasitəsilə aparılacaq.
 
Bildirilib ki, qeydiyyat valideynin (digər qanuni nümayəndənin) özü tərəfindən onlayn və ya istəyi əsasında hər bir məktəbdə yaradılacaq elektron sənəd qəbulu komissiyasında, ya da Bakı şəhərinin inzibati rayonlarında fəaliyyət göstərəcək alternativ sənəd qəbulu komissiyası tərəfindən aparılacaq: "Bakı şəhəri üzrə I sinfə qəbul müsabiqə əsasında aparılan müəssisələrə, lisey və gimnaziyalara da qeydiyyat elektron formada martın 1-dən aprelin 5-dək, seçim üçün müsabiqələr (imtahanlar) isə aprelin 15-dən mayın 13-dək həyata keçiriləcək. Müsabiqənin nəticələrinə görə, həmin lisey və gimnaziyalara qəbul edilməyən uşaqların valideynləri (digər qanuni nümayəndələri) elektron sistemdə yenidən ümumtəhsil məktəbi seçmək hüququna malikdirlər”.
 
"6 yaşı sentyabrın 16-dan dekabrın 31-dək tamam olan xüsusi istedadı ilə fərqlənən uşaqların valideynlərinin (digər qanuni nümayəndələrinin) elektron ərizələrinin qeydiyyatı qəbulu müsabiqə əsasında keçirən müəssisələrə, lisey və gimnaziyalara martın 1-dən aprelin 5-dək, ümumtəhsil məktəblərinə isə iyulun 1-dən 31-dək aparılacaq. Ümumilikdə, qeyd edilməlidir ki, tətbiq edilən elektron sistem mövcud olan I sinfə qəbul prosedurlarında hər hansı bir dəyişiklik nəzərdə tutmur. İstifadəçilər üçün təlimatlar, məlumatlandırıcı videoçarxlar və Bakı Şəhəri üzrə Təhsil İdarəsində təşkil olunmuş telefon məlumat xidməti vətəndaşların elektron sistemdən istifadəsini asanlaşdıracaq” – deyə məlumatda deyilib.
 
Qeyd olunub ki, 2015-2016-cı dərs ilində Bakı şəhərinin ümumtəhsil məktəblərində, eləcə də Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalarda I sinfə şagird qəbulu Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ərizələrin onlayn qeydiyyatı aparılmaqla elektron sistem vasitəsilə həyata keçirilib, həmin müəssisələrdə I sinfə 44 minə yaxın uşaq qəbul edilib.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Cəmiyyət 15:14
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol