• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda 13 hakim cəzalandırıldı

Azərbaycanda 13 hakim cəzalandırıldı
02.03.2016 12:43
Ötən il səlahiyyət müddətləri başa çatan 100-dək hakimin və məhkəmə sədrinin fəaliyyəti yerində öyrənilərək qiymətləndirilib, habelə, qanunvericiliyin tələblərinin pozulmasına, o cümlədən korrupsiyaya şərait yaradan hallara yol verdiklərinə görə 13 hakim intizam məsuliyyətinə cəlb edilib”.

Modern.az xəbər verir ki, bu barədə Məhkəmə-Hüquq Şurasının növbəti iclasında bildirilib.  

Qeyd olunub ki, aparılan islahatlar çərçivəsində məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması məqsədilə 20-dək yeni, o cümlədən regional apellyasiya məhkəmələri yaradılıbş  

Hakimlərin ştat sayı 2 dəfə, məhkəmə aparatı işçilərinin sayı isə 75% artırılıb, insan haqlarının etibarlı təmini məqsədilə inzibati ədliyyə institutu təsis olunaraq 7 bölgədə yeni məhkəmələr fəaliyyətə başlayıb.  

Kobud qanun pozuntuları və digər neqativ hallara yol verən 70-dən çox hakim məhkəmə sistemindən kənarlaşdırılıb. Avropada nümunə kimi göstərilən yeni mütərəqqi qaydalar əsasında 300-dən artıq yüksək hazırlıqlı hüquqşünas seçilərək hakim təyin edilib. 

Bildirilib ki, mülki xarakterli mübahisələr üzrə məhkəmələrə müraciətlərlərin sayı yeni məhkəmə sisteminin fəaliyyətə başladığı 2000-ci illə müqayisədə 15 dəfə çoxalıb. Təkcə 2015-ci ildə məhkəmələrə daxil olan belə müraciətlərin sayı 30%-dən çox artaraq 330 minə çatıb, birinci instansiya məhkəmələrində təmin olunan iddiaların sayı mülki işlər üzrə 95,9%, iqtisadi mübahisələr üzrə 96,5%, inzibati mübahisələr üzrə 82,7% təşkil edib. 

Eyni zamanda, 3 hakim barədə intizam icraatlarına baxılaraq qanunvericiliyin tələblərinin pozulmasına, korrupsiyaya şərait yaradan hallara yol verdiklərinə görə Balakən rayon məhkəməsinin hakimi Rafiq Kazımovun iş yerinin dəyişdirilməsi barədə qərar qəbul edilib.    

Bakı şəhəri Yasamal rayon məhkəməsinin hakimi Akşin Əfəndiyevə və Ucar rayon məhkəməsinin hakimi Çingiz İsgəndərova töhmət verilib, habelə qanunvericiliyin tələblərini pozan 4 müxtəlif məhkəmə hakimləri barədə intizam icraatları başlanılıb.  

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol