• $
  • €
  • ₽
  • ₺
  • £

Ramil Usubov: “Sabitlik etibarlı şəkildə qorunur”

Ramil Usubov: “Sabitlik etibarlı şəkildə qorunur”
02.03.2016 17:11
Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov martın 2-də Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Rəşad Mahmudun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə "Report”a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Nazir Ramil Usubov qonağa ölkəmizdə mövcud kriminogen durum barədə qısa məlumat verib, həyata keçirilən islahatlar, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasının önə çəkildiyi yeni qanunların qəbulundan danışıb, cinayətkarlıqla mübarizə və ictimai asayişin qorunması sahəsində ötən illər ərzində uğurlu nəticələrin əldə edildiyini, sabitliyin, əmin-amanlığın etibarlı şəkildə qorunduğunu, belə təhlükəsiz şəraitdən vətəndaşlarımız kimi ölkəmizdə fəaliyyət göstərən əcnəbilərin də yararlandıqlarını diqqətə çatdırıb.

Dövlət başçılarının siyasi iradəsi nəticəsində son illər bütün sahələrdə inkişaf və tərəqqinin müşahidə olunduğunu qeyd edən nazir iki dost ölkənin Daxili İşlər nazirlikləri arasında da əlaqələrin genişləndirilməsində beynəlxalq terrorçuluq, mütəşəkkil cinayətkarlıqla, həmçinin, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə sahələrində əməkdaşlığa dair imzalanmış hökumətlərarası iki sazişin əhəmiyyətini vurğulayıb. Dövlətlərarası əlaqələrin inkişafında qarşılıqlı səfərlərin mühüm rol oynadığını qeyd edən cənab Ramil Usubov 2012-ci ilin noyabrında İslamabadda keçirilmiş "Narkotiklərlə mübarizə üzrə strategiyalar” adlı regional konfransda iştirakını, Pakistanın rəsmi şəxsləri, o cümlədən daxili işlər naziri ilə görüşlərini məmnunluqla xatırladıb.

Problemlərə toxunularkən transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan beynəlxalq terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri və qanunsuz miqrasiyanın diqqət mərkəzində dayandığı və belə qlobal xarakterli təhlükəli hallarla effektiv mübarizədə səylərin birləşdirilməsinin zəruriliyi qeyd olunub.

General Rəşad Mahmud iki dövlət və iki xalq arasında dostluq, qardaşlıq münasibətlərinin həqiqətən dərin köklərə malik olduğunu önə çəkərək xüsusilə son iki il ərzində bütün sahələrdə əlaqələrin daha sürətli inkişafından, ölkəmizdə yaradılmış sabitlik və əmin-amanlıqdan məmnunluğunu bildirib.

Transmilli mütəşəkkil cinayətkarlığa, o cümlədən beynəlxalq terrorçuluğa, dini ekstremizmə qarşı birgə mübarizənin zəruriliyini nəzərə çatdıran general Rəşad Mahmud hər iki tərəfdən müsbət təcrübənin öyrənilərək fəaliyyətdə tətbiqinin, Azərbaycanla Pakistan arasındakı strateji tərəfdaşlıq və dostluq münasibətlərinin bütün sahələrdə inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib.

Səmimilik və dostluq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol